Rəsulullah (s.ə.v.) belə buyurmuşdur: "Mehdi Mədinədən (böyük şəhərdən) çıxacaq və Məkkəyə gələcək. İnsanlar onu öz aralarından (tanıyıb) ortaya çıxaracaqlar və o, istəmədiyi halda Rükn ilə Mövqe arasında ona beyət edəcəklər."
(Mer'iy b. Yusuf b. Əbi bəkir b. Əhməd b. Yusuf el-Makdisi "Feraidu Fevaidi'l Fikir Fil İmam əl-Mehdi əl-Muntazar)
Üstəlik, Risaletül huruc ül Mehdi 1, adlı əsərin 69-cu səhifəsində Hz. Mehdinin (ə.s.) "Kara" kəndindən çıxacağı" ifadə edilmişdir.

 

Əbu Basir deyir ki…İmam Əbu Abdullah (ə.s.) belə buyurdu: "Ərəblərdən Qaim (ə.s.) (hz. Mehdi) ilə birlikdə olan çox az adam olacaq."... Buyurdu ki: "Xalq mütləq təmizlənəcək. Təmizlənəcək və ələkdən keçəcək. Ələkdən bir çox xalq ələnəcək."
(Şeyx Muhəmməd bin İbrahimi-Numani, Qeybəti-Numani, səh. 239) Belə ki, sizlərdən yalnız gözdəki sürmə qədər və ya yeməkdəki duz qədər qalacaq. Və mən sizə bir nümunə verirəm. Bir adamın bir qədər buğdası var. Onu təmizləyər və evə qoyar, uzun bir müddət sonra geri döndüyü zaman onun qurdlandığını görər, onu təkrar təmizləyər, sonra təkrar evə qoyar.