Uzaq yerlərdəki tələbələri Hz. Mehdiyə (ə.s.) beyət edəcək. Zülmü və zalımları fikirlə təsirsiz edəcək, ölkələr düzələcək, Cənab Haqq Özünə İstanbulu mənən fəth etdirəcək 
Ukayli "En-Necmu's-sakıb fi Beyanı Enne'l Mehdi min Evladı Ali b. Ebi Talib Ale't-Temam ve'l kamal
Rəsulallah (s.ə.v.) belə buyurmuşdur:

 

"Əhli Beytimdən bir adam Hz. Mehdi (ə.s.) (dünyaya) sahib olana qədər qiyamət qopmaz.

 

Peyğəmbərimiz (s.ə.v)-in hədislərindəki məlumatlara görə Uca Allah, gözəl əxlaqdan uzaqlaşan insanları, degenerasiyaya uğrayan cəmiyyətləri doğru yola çatdırmaq üçün ‘’Mehdi’’, digər bir ifadəylə ‘’doğruya aparan’’ xüsusiyyətini daşıyan üstün əxlaqlı bir qulunu vəsilə edəcək.
Hz. Mehdi (ə.s.)Allahın izni ilə bəşəriyyətin içində olduğu bütün bu qarışıqlıqlara, ictimai problemlərə, sosial çətinliklərə həll yolu gətirəcək. Bütün yer üzünə səadət, hüzur, sülh vəgözəl əxlaq hakim olarkən Hz. Mehdi (ə.s.) İslamı bütün təhriflərdən, xurafatdan təmizləyərək əsl Quran əxlaqının yaşanmasını təmin edəcək və Allahın izni ilə bir çox insanın Cənnəti qazanmasına vəsilə olacaqdır.