Həzrəti İsa necə tanıra? -2-

Yaşadığımız axır zaman bütün iman sahibləri üçün çox müqəddəs və müjdəli bir dövrdür. Çünki, Rəbbimizin ayələrində və Peyğəmbər Əfəndimizin (s.ə.v.) hədislərində iki min ildən sonra, axır zamanda Hz. İsanın yenidən dünyaya göndəriləcəyi xəbər verilmişdir. Hz. İsanın dünyaya ikinci dəfə gəlişində onu tanınmağımıza kömək edəcək əlamətlərdən biri də fəaliyyətləri olacaq. Hz. İsa təkrarlanmağı qeyri-mümkün olan fəaliyyətləri yerinə yetirərək Allahın icazəsi ilə Hz. Mehdi ilə birlikdə dünyada “Qızıl dövrün” yaşanmağına vəsilə olacaq.

Hz. İsa doğumu və göstərdiyi möcüzələri ilə müqəddəs bir peyğəmbərdir. Allah Hz. İsa üçün xüsusi bir qismət yazmış və bununla da inkar edənlərin Hz. İsanı öldürmək üçün qurduqları tələni pozmuşdur. Quranda açıq şəkildə bildirildiyi kimi inkar edənlər, “...İsanı nə öldürdülər, nə də çarmıxa çəkdilər. Onlarda yalnız belə bir təsəvvür yarandı.”(Nisa surəsi, 157). Allah Hz. İsanı Öz Dərgahına yüksəltmişdir və Hz. İsa ikinci dəfə dünyaya gələcək. Ancaq Hz. İsa dünyaya ikinci dəfə gələndə aşağıda da açıqlayacağımız kimi əvvəllər çox az adam tərəfindən tanınacaq və camaatı az adamdan ibarət olacaq.

 

Məqalənin ardını ətraflı şəkildə oxumaq üçün -Həzrəti İsa- bolməsinin növbəti səhifələrinə baxa bilərsiz.