Peyğəmbərimiz (s.ə.v) Hz. Mehdinin nəslini, hansı şəhərdə doğulacağını, sonra İstanbula gələcəyini ətraflı şəkildə izah etmişdir. Bunların hamısı insana aid xüsusiyyətlərdir.

 

 

HZ. MEHDİ (ə) PEYĞƏMBƏR ƏFƏNDİMİZİN (s.ə.v.) NƏSLİNDƏNDİR
"Qiyamətin qopmasına bir gün qalsa belə Allah (c.c.) mənim ƏHLİ-BEYTİMDƏN (NƏSLİMDƏN) BİR ŞƏXSİ (HZ. MEHDİ (ə)) göndərəcək." (Sünəni Əbu Davud, 5/92)


 

"MƏNİM ƏHLİ-BEYTİMDƏN (NƏSLİMDƏN) BİR ŞƏXS (HZ. MEHDİ (ə)) bütün dünyaya hakim olana qədər günlər və gecələr getməz." (Ən-Nəcmus Saqib, Uqaylı)


 

"Hz. Mehdi (ə) ilə müjdələnin. O (HZ. MEHDİ (ə)) QUREYŞDƏN VƏ ƏHLİ-BEYTİMDƏN (NƏSLİMDƏN)-DİR." (Kitabul-Burhan Fi Əlamət-əl Mehdiyy-il Axır Zaman, s. 13)


 

"MEHDİ (ə) MƏNİM UŞAQLARIMDAN BİRİDİR. Üzü səmada parıldayan ulduz kimidir." (Əli ibn Sultan Məhəmməd əl-Kari əl-Hənəfinin "Risalətül-Məşrəb əlverdi fi məzhəbil Mehdi")

 

 

HZ. MEHDİ (ə) BÖYÜK BİR ŞƏHƏRDƏ DOĞULACAQ
Rəsulullah (s.ə.v.) belə buyurmuşdur: "Hz. Mehdi (ə) MƏDİNƏDƏN (BÖYÜK BİR ŞƏHƏRDƏN) çıxacaq və Məkkəyə gələcək..." (Məriy ibn Yusif ibn Əbi bəkir ibn Əhməd ibn Yusif əl-Məqdisi "Fəraidu Fəvaidil Fikir Fil İmam əl-Mehdi əl-Müntəzər)

 


"Mədinə" sözünün mənası "böyük şəhər"-dir. Buna görə də Peyğəmbərimizin (s.ə.v.) bildirdiyinə görə Hz. Mehdi (ə) Mədinədə, yəni böyük bir şəhərdə doğulacaq.

 

 

HZ. MEHDİ (ə) "QARA ADLI BİR BÖLGƏDƏ" DOĞULACAQ
Peyğəmbərimizdən (s.ə.v.) rəvayət edilən digər bir hədisdə də Hz. Mehdinin (ə) doğum yeri olaraq "Qara" adlı bir yerə də işarə edilmişdir:
"Mehdinin (ə) Qara bölgəsindən çıxacağı deyilmişdir." (Mustafa Rəşid Filizi, Risalət ül Hüruc ül Mehdi, s. 69)

 

 

HZ. MEHDİNİN (ə) DOĞUMU EVDƏ OLACAQ
Hədislərdə Hz. Mehdinin (ə) doğumunun gizli olacağı, yəni doğumunun evdə reallaşacağı da bildirilmişdir:
İmam Zeynül Abidin əleyhissalam belə buyurmuşdur: "Bizim Qaimimiz (Hz. Mehdi (ə)) ilə Allahın rəsulları arasında bəzi bənzərliklər var. Nuh (ə), İbrahim (ə), Musa (ə), İsa (ə), Eyyub (ə) və Məhəmməd (s.ə.v.) hər biri ilə bir bənzərliyi var... İBRAHİM (ə) İLƏ DOĞUMUNUN GİZLİ OLMASI (DOĞUMUNUN EVDƏ OLMASINDA) ...bənzərliyi var." (Kamalud idin s. 322, 31. babın 3-cü hədis)

 


Hz. Əli ibn Hüseyn Zeynəl Abidin (ə) belə buyurur: "QAİMİMİZİN (HZ. MEHDİNİN (ə)) DOĞUMU İNSANLARDAN GİZLİ OLACAQ..." (Bixarul Ənvar, c. 51, s. 135)

 

 

HZ. MEHDİ (ə) TÜRKİYƏDƏN ÇIXACAQ
Peyğəmbərimizin (s.ə.v.) bir hədisində Hz. Mehdinin (ə) Türkiyədən çıxacağı və mübarizəsinin sonuna qədər də buradan ayrılmayacağı bildirilmişdir:
"HZ. MEHDİ (ə) RUMDAN, TÜRKLƏRDƏN (çünki əvvəllər Türkiyəyə "Diyarı Rum" deyilirdi) AYRILMAYACAQ." (İşafür-Rağibindən canlı Tilsimlər Məcmuəsi, Bədiüzzaman Səid Nursi, s. 212)

 

 

HZ. MEHDİ (ə) İSTANBULU MƏNƏN FƏTH EDƏCƏK
Rəsulullah (s.ə.v.) belə buyurmuşdur:
Əhli-Beytimdən bir ŞƏXS Hz. Mehdi (ə) (dünyaya) sahib olana qədər qiyamət qopmaz.
O (HZ. MEHDİ (ə)) İSTANBULU VƏ CƏBƏLİ (dağ-İstanbulun 7 Təpəsini) (MƏNƏN) FƏTH EDƏCƏK.  (Məriy ibn Yusif ibn Əbi bəkir ibn Əhməd ibn Yusif əl-Məqdisi "Fəraidu Fəvaidil Fikir Fil İmam əl-Mehdi əl-Müntəzər)

 


Uzaq yerlərdəki tələbələri Hz. Mehdiyə (ə) beyət edəcək. Zülmü və zalımları elmi ilə zərərsizləşdirəcək, ölkələr düzələcək, CƏNABI-HAQQ ONA İSTANBULU (MƏNƏN) FƏTH ETDİRƏCƏK. (Uqaylı "Ən-Nəcmus-saqib fi Bəyanı-Ənnəl Mehdi ibn Övladı Əli ibn Əbi Talib Alət-Mövzum vəl kamal)
Bütün bu hədislərdən də göründüyü kimi Hz. Mehdi (ə):
•    Peyğəmbər Əfəndimizin (s.ə.v.)-in nəslindən gələn;
•    Böyük bir şəhərdə doğulan;
•    Doğumu evdə reallaşan; •    Mübarizəsini İstanbulda və Türkiyədə icra edəcək bir MÜBARƏK İNSANDIR. Ruh şəklində və ya ruhani bir varlıq deyil.