İki üzlü və saxtakar din adamları.

Axırzamanda alim olaraq sayılan bəzi insanların əslində ikiüzlü və saxtakar olduqlarını  Peyğəmbərimiz Hz. Məhəmməd (s.ə.v)  belə xəbər vermişdir:

 

Axırzamanda qurd oxucular olacaq. Kim o zamana yetişsə, şərrindən Allaha sığınsın. Onlar çox çirkli insanlardır. Riyakarlıq (ikiüzlülük) hakim olacaq, riya (ikiüzlülük) və nümayişdən utanılmayacaq. (Ölüm Qiyamət və Diriliş, s. 470)

 

Alimlər elmi sırf pul qazanmaq üçün öyrəndiyi zaman,  dini dünya  qarşılığında satdıqları zaman,  hökmü satdıqları zaman,  qiyamət yaxınlaşmış olacaq. (Ölüm Qiyamət və Diriliş, s. 480

 

Axırzamanda elə adamlar çıxacaq ki, dinlərini dünya mənfəətləri qarşılığında satacaqlar. Bunlar yumşaq görünmək üçün qoyun cildinə bürünəcəklər, dilləri şəkərdən şirin, lakin ürəkləri qurd ürəyi kimi bərk olacaq. (Tirmizi, Zühd: 60)

 

Məscidlərin içində fısk-u fücur əhlinin (Allaha üsyan içində olanlar, günah işləyənlər) səslərinin yüksəlməsi, dində qadağan olunmuş şeyləri edənlərin, səmimi möminlər üzərinə qalib olub onlara təhkim etmələridir, buyurdu. 
(Ölüm-qiyamət-Axirət və Ahirzaman Əlamətləri, s. 450, nömrə. 828)

 

Nəhayət bəzi cahil  insanlar,  onlara (dini məsələlər) soruşuluduğu zaman, onlar elmləri olmadığı halda öz fikirləri ilə fətva verərlər və həm özləri azarlar,  həm də xalqı azdırarlar. 
(Ölüm-Qiyamət-Axirət və Axirzaman Əlamətləri, s.463, no. 850)

 

 

İnsanlar üzərinə bir zaman gələcək ki, onların hamısı Quran oxuyar, ibadət edər  və əhli bidətlə də məşğul olarlar. Lakin bilmədən müşrik olarlar və oxuduqları  və elmləri əvəzində  ruzi alarlar. Dünyanı din qarşılığında yerlər. Bunlar, kor dəccalın avanesi olacaqlar. (Deyləmi; Gələcəyin tarixi 1, s.27)

 

İslam dininə lazım olan hörmət və diqqəti göstərməyən, dini, öz mənfəətləri üçün  istifadə edən   insanların vəziyyəti də bu şəkildə izah edilmişdir:

 

Ümmətimin son zamanlarında məscidlərini bəzəyib ürəklərini xarab saxlayan, paltarını  qoruduğu qədər dinini  qorumayan, dünya işlərinin yolunda getməsi üçün  dininindən edən bəzi insanlar törəyəcək
(Hakim; Son Zamanlarla Əlaqədar Hədislər, s. 27)