Hz. Mehdi (ə.s) dəlalət və azğınlıq qalalarını yıxacaq, insanların tək Allaha iman etmələrinə vəsilə olacaq.

 

 

Hz. Mehdinin (ə.s.) insanları çəkindirəcəyi ən əhəmiyyətli mövzulardan biri şirkdir. Hz. Mehdi (ə.s.) insanlara daim Allahın tək İlah olduğunu, Ondan başqa heç bir varlığın heç bir gücə sahib olmadığını izah edəcək və müşrikliyə qarşı onları xəbərdar edəcək.

 

 

Dünyanı fitnə və düşmənlik bürüdüyündə, hər yer zülm, fəsad və oğurluqla dolduğunda, DƏLALƏT VƏ İNHİRAF (DOĞRU YOLDAN AYIRAN) QALALARINI YIXMAQ, QARANLIQ VƏ DAŞ ÜRƏKLƏRİ TÖVHİD (ALLAHIN BİRLİYİ, TƏKLİYİ), İNSANİYYƏT VƏ ƏDALƏT NURUYLA İŞIQLANDIRMAQ ÜÇÜN ALLAH BÖYÜK İSLAHATÇISINI GÖNDƏRƏCƏK. (Əl  Mehdiyy-il Mev'ud, c: 1, sf. 310)