Hz. İsa Hz. Mehdi ilə birlikdə İslam əxlaqını bütün dünyaya hakim edəcək.

Hz. İsa gələndə Hz. Mehdi ilə birlikdə yaşadıqları bütün çətinliklərə, sayılarının çox az olmağına, onlara kömək edənlərin olmamağına və hətta onların əleyhinə fəaliyyətlərin olmağına baxmayaraq Allahın icazəsi ilə həqiqi İslam əxlaqını dünyaya hakim edəcək. Dünya bu mübarək şəxslər gəlməzdən əvvəl necə zülm və haqsızlıqla doludursa, onlar gələndən sonra Rəbbimizin icazəsi ilə ədalət, sülh, təhlükəsizlik və bərəkətlə dolacaq. Hz. İsanın ikinci dəfə gəlişi ilə İslam əxlaqının dünyaya hakim olacağı bir hədisdə belə bildirilmişdir:

"İslamdan başqa (heç bir dini) qəbul etməyəcək... Din müctəhidi (yol göstərən) olacaq... Allahdan başqa heç kimə və heç bir şeyə ibadət edilməyəcək..". (Ruhul Məani, 7/60) "Qüdrətin sahibi olan Allaha and içirəm ki, Məryəm oğlunun ədalətli bir hakim olaraq sizə enməsi çox yaxındır. O, gələndə xaçı qıracaq (xaça itaət etməyi qaldıracaq), donuzu öldürəcək (donuz əti yeməyin haram olduğunu bildirəcək), cizyəni qaldıracaq, mal-mülk o dərəcə çoxalacaq ki, heç kim onu qəbul etməyəcək." (Sünəni Tirmizi, Fitən. 2233, İbni Macə, Fitən 33, Müslüm Fitən 23)