İqtisadi vəziyyətin pisləşməsi.

Hər kəsin qazancdan şikayətlənməsi... Pullarına görə varlılara hörmət edilməsi... (Kıyamet Alametleri, səh. 146)

 

İqtisadi bazarın zəifləməsi, qazancların azalması... (Kıyamet Alametleri, səh. 148)

 

Alverin kasad olması. Hər kəs “sata bilmirəm, ala bilmirəm, qazana bilmirəm!” deyə şikayət edəcək. (Kıyamet Alametleri, səh. 152), (Ebu Davuddan; Geleceğin Tarihi 4, səh. 30)

 

İnsanlar 95ci ilə qədər malik olacaq, yəni işləri yaxşı gedəcək, 97 və ya 99-cu illərdə mülkləri zail olacaq... (El-Kavlu'l Muhtasar Fi Alamet-il Mehdiyy-il Muntazar, s. 54)

 

Hədisdəki "95-ci il" şəklindəki ifadə ilə 1995-ci ilə diqqət çəkilmiş ola bilər. 1995-ci il insanların nisbətən daha firavan bir həyat sürdükləri, həyat şərtlərinin çok çətinləşmədiyi bir dövrdür. Necə ki hədisdə bu il içində "işlərin yaxşı gedəcəyi" xəbər verilir. Yəni bu dövrdə insanlar həyatlarını firavan keçirəcək bir gəlirə sahibdirlər və hələ mülk əldə edə biləcək qədər zəngindirlər. Ancaq 1997-1999-cu illər iqtisadiyyatın çox pisləşdiyi, kasıblığın və yoxluğun artdığı bir dövrdür. Bu illər arasında malın və mülkün dəyəri qalmayacaq. İndiki vaxtda Argentina nümunəsində də görüldüyü kimi bu hadisə reallaşmışdır və hələ də də şiddətlə davam etməkdədir.