İraqın üç hissəyə bölünməsi.

İraq xalqı üç firqəyə ayrılar. Bir qismi soyğunçulara qoşular. Bir qismi ailələrini geridə buraxıb qaçar. Bir qismi döyüşər və öldürülər. Siz bunları gördüyünüz zaman qiyamətə hazırlanın. (Fera İdu Fevaidi'l Fikr Fil İmam əl-Mehdi əl-Muntazar)

                       

 Axır zaman əlamətlərindən biri də İraq xalqının üç hissəyə ayrılmasıdır. Hədisdə xəbər verildiyinə görə, xalqın bir qrupu "soyğunçulara" qoşulacaq. Münaqişədən sonra nüfuz boşluğundan faydalanaraq, İraqda böyük qarət hadisələri yaşanmışdır. Həqiqətən də xalqın bir qismi, oğurluq, qəsb, qarət kimi "soyğunçuluq" olaraq xarakterizə edilən fəaliyyətlərə meyl etmişlər.

 

Hədisdə xalqınbir qisminin  isə, olduqları yerdən bir an əvvəl qaçmağa cəhd edəcəkləri, hətta geridə buraxdıqları ailələrini belə düşünməyəcək halda olacaqları xəbər verilmişdir. Qəzetlərdə buna aid yer alan xəbərlər diqqət çəkicidir.

 

Xalqın bir qisminin isə, münaqişədə iştirak edəcəyi və öldürüləcəyi bildirilməkdədir. İraq Münaqişəsi əsnasında da, insanların bir qismi  müxtəlif bölgələrdə yaşanan qarşıdurmalara qatılmış və həyatlarını itirmişlər.

 

Həmçinin hədisin ilk hissəsində diqqət çəkilən, "İraqın üç hissəyə ayrılması" mövzusu fiziki mənada da reallaşmışdır. Körfəz müharibəsindən sonra, İraq coğrafi olaraq üç bölgəyə ayrılmışdır. 32 və 36-cı paralelin arası, 32-ci paralelin cənubu və 36-cı paralelin şimalı olaraq təyin olunan bu üç bölgənin yaradılması, hədisin işarə etdiyi inkişaflardan biri ola bilər.