İraqın pulu qalmayacaq.

"İraqlıların əlində tərəzi və alış-veriş edə biləcəkləri pul demək olar ki, qalmayacaq." (Kenzul Ummal, Kitab-ul qiyamə qism-ul əfal, c. 5, s. 45)

 

Axır zaman və dolayısilə Mehdinin çıxış əlamətlərindən biri də İraqlıların pulunun dəyərinin itməsidir. Bu hədis iki ayrı vəziyyətə işarə edə bilər. Bunlardan birincisi, İran-İraq və Körfəz müharibəsindən sonra İraqda yaşanılan iqtisadi çöküntüdür. Müharibə səbəbindən böyük zərər görən İraq iqtisadiyyatı, döyüşdən sonra davam edən embarqolar səbəbiylə heç cür düzəlməmişdir. Xalqın alış gücü düşmüş, yoxluq və kasıblıq ən əhəmiyyətli problemlərdən biri halına gəlmişdir.

 

Hədisin işarə etdiyi bir başqa hal da, İraq müharibəsindən sonra İraq dinarının tədavüldən qaldırılmasıdır. Son müharibədən sonra İraq dinarının sürətlə dəyər itirməsi və tədavüldən qalxması ehtimalı, 2003-cü il tarixli qəzet xəbərlərində geniş şəkildə yer almışdır.