Axırzamanın mübarək şəxslərindən Hz. İsa (ə.s) mükəmməl fiziki xüsusiyyətlərinə görə dərhal tanınacaq.

Hz. İsanın (ə.s) axırzamanda yer üzünə yenidən göndəriləcəyi, İslamı seçərək Hz. Mehdi (ə.s) ilə birlikdə İslam əxlaqının bütün dünyaya hakim olmasına kömək edəcəyi Quran ayələrində və Peyğəmbərimizin (s.ə.v) hədislərində müjdələnmişdir. Yaşadığımız axırzamanın ən mühüm məsələlərindən biri Hz. İsanın (ə.s) hansı xüsusiyyətləri ilə tanınmasıdır.
Möminlər Hz. İsanı (ə.s) imanının dərinliyi və nuru ilə dərhal tanıyacaq. Ancaq Allah bu mübarək peyğəmbəri tanıtmaq üçün ona çox mükəmməl, cazibədar fiziki görünüş bəxş etmişdir. Hz. İsanın (ə.s) Peyğəmbərimizin (s.ə.v) hədislərində tərif etdiyi fiziki xüsusiyyətləri bu gözəl peyğəmbərin möminlər tərəfindən tanınmasını daha da asanlaşdıran böyük sevinc mənbəyidir.

 

 

Peyğəmbərimiz (s.ə.v) hədislərində Hz. İsanın (ə.s) fiziki xüsusiyyətlərini necə tərif etmişdir?

 

Ancaq Hz. İsanı (ə.s) hər kəs tanımaya bilər

 

Hz. İsa (ə.s) simasının çox gözəl və nurlu olması ilə tanınacaq

 

Gözlərində dərinlik var və kəskin baxışlıdır

 

Parlaq üz rəngi və düzgün üz cizgiləri var

 

Saçlarının rəngi, forması və görünüşü diqqət çəkir

 

 

 

 

Peyğəmbərimiz (s.ə.v) hədislərində Hz. İsanın (ə.s) fiziki xüsusiyyətlərini necə tərif etmişdir?

 

Qiyamətdən əvvəlki son dövr olan axırzaman Peyğəmbərimizin (s.ə.v) hədislərində müjdələndiyi kimi, Hz. İsanın (ə.s) nüzul və Hz. Mehdinin (ə.s) zühur edəcəyi çox mübarək dövrdür. Bu mübarək dövrün dəyərli şəxslərindən olan Hz. İsa (ə.s) təqribən 2000 il əvvəl yaşamış, Allahın dünyada və axirətdə üstün etdiyi bir elçisidir. Hz. İsanın (ə.s) doğulması, həyatı və Allah qatına qaldırılması möcüzəvi şəkildə baş vermiş, bu mübarək insanın həyatı Quranda ətraflı şəkildə xəbər verilmişdir. Hz. İsanı (ə.s) digər peyğəmbərlərdən fərqləndirən ən əsas xüsusiyyət onun hələ də vəfat etməməsi, Allah qatına yüksəldilməsi və yer üzünə yenidən geri göndəriləcəyidir. Onun bu xüsusi vəziyyətinə dair Quranda mühüm işarələr var. (Nisa surəsi, 156-159; Ali-İmran surəsi, 55; Maidə surəsi, 117; Zuxruf surəsi, 57-61; Ali-İmran surəsi, 45-48; Maidə surəsi, 110; Ali-İmran surəsi, 59; Məryəm surəsi, 33). Bu ayələrin birində: “Şübhəsiz ki, o, qiyamət saatı üçün bir əlamətdir. Ona şəkk etməyin və Mənə tabe olun. Bu, doğru yoldur! (Zuxruf surəsi, 61)” -buyurulur. Bu ayə Hz. İsanın (ə.s) axırzamanda yer üzünə qayıdacağına açıq-aşkar işarə edir.
Hz. İsanın (ə.s) gəlişi Quranın bir çox ayəsində bildirilməklə yanaşı, Peyğəmbərimizin (s.ə.v) hədislərində də müjdələnmişdir. Bu hədislərdən biri belədir:
“Vallah, mütləq və mütləq Məryəm oğlu İsa yer üzünə enəcək, həm də ədalətli hakim, hökmdar kimi enəcək...” (Ebu Hureyre r.a. / Buhari, Büyu 102, Mezalim 31, Enbiya 49; Müslim, İman 242 (155); Ebu Davud, Melahim 14 (4324); Tirmizi, Fiten 54 (2234)

Ancaq Hz. İsanı (ə.s) hər kəs tanımaya bilər

 

Hz. İsa (ə.s) üstün iman gücü, dəccalın hipnozunu pozması, Allahın izni ilə ölünü diriltməsi, kor insanın gözlərini açması kimi böyük möcüzələr göstərməsi və dünyada heç bir qohumu, tanışı, ailəsi olmadığına görə, möminlər tərəfindən dərhal tanınacaq. Hz. İsa (ə.s) ancaq imanın nuru, həmçinin kənardan baxdıqda aydın bilinən fiziki xüsusiyyətlərinə görə tanınacaq.

 

Hz. İsa (ə.s) simasının çox gözəl və nurlu olması ilə tanınacaq

 

Elçilərin üstünlüyü istər bilik, istərsə də fiziki xüsusiyyətləri ilə Quranda belə bildirilir:
“...Dedi: “Allah sizdən ötrü onu seçmiş, elm və bədəncə ona üstünlük vermişdir. Allah Öz mülkünü istədiyinə verər. Allah (Öz lütfü və kərəmi ilə) Genişdir, Biləndir!” (Bəqərə surəsi, 247)
Bilik, ağıl, əxlaq, fiziki cəhətdən üstün edilmiş bir insan kimi Hz. İsanın (ə.s) üzündə peyğəmbərlərə xas ifadə olacaq. Güclü Allah qorxusunun və dərin imanının nuru üzünə yansıyacaq. Peyğəmbərlərə xas nurlu ifadə üzündə o qədər aydın olacaq ki, onu görənlər digər insanlarla müqayisədə çox üstün insanla qarşılaşdıqlarını anlayacaqlar.

Gözlərində dərinlik var və kəskin baxışlıdır

 

Rəvayətlərdə Hz. İsanın (ə.s) üzü haqqında ən nəzərəçarpan xüsusiyyət onun kəskin baxışlı (Ahmed b. Hanbel, I, 374; Ebû Ya’lâ V, 108) olmasıdır. Yaşıla çalan boz gözləri var. Baxışlarındakı dərinlik və kəskinlik dəccalın nəfəsini kəsəcək qədər təsirlidir.

Parlaq üz rəngi və düzgün üz cizgiləri var

 

Üzü bir az çilli, sanki hamamdan yeni çıxmış kimi al çöhrəlidir. Üzü həm ciddi, həm canlıdır. Ağzı, burnu qüsursuzdur, alnı düz və təmizdir, sıx saqqallıdır, kiçik və gözəl burunludur, gözləri alov kimi parlaqdır. Üzü qırmızıya çalan bəyaz rənglidir (Taberânî, Kebîr XXIV, 433). Peyğəmbərimiz (s.ə.v) bir hədisində Hz. İsanın (ə.s) bədən rəngini belə tərif etmişdir:
“Gecə meracda Musaya (ə.s) qovuşdum. (Peyğəmbər (s.ə.v) onu təsvir edərək:) Bir də gördüm ki, o, Şənüə qəbiləsinin kişiləri kimi qarabuğdayı, uzun boylu, dolu bədənli, düz saçlı şəxsdir. İsaya (ə.s) da qovuşdum. (Peyğəmbərimiz (s.ə.v) onu da təsvir edərək:) İsa orta boylu, sanki hamamdan çıxmış kimi al çöhrəli idi”. (Sahih-i Müslim, 2/1053)

 

Saçlarının rəngi, forması və görünüşü diqqət çəkir

 

Qızılıya çalan şabalıdı saçları var, saqqalı da eyni rəngdədir. Saçları daranmış və sanki saçından su damırmış kimi nəm görünür (Taberânî, Kebîr XI, 73); baxımlı, bir az dalğalıdır, yəni nə düz, nə də qıvrımdır (İbnü’l-Esîr II, 203). Saçları qulaq mərcəyini örtür, yanlardan çiyinlərinə çatmır, ənsəsindən iki kürəyinin arasına qədər çatır (Buhârî, “Enbiyâ” 48; Müslim, “îmân” 274). Saçlarının qulaqlarına qədər olan hissəsi düz, aşağı hissəsi dalğalıdır. Hz. İsanın (ə.s) saçının nəm görünməsi onun təmizlik, parlaqlıq və gözəlliyini daha çox diqqəti cəlb edir. Hədislərdə Hz. İsanın (ə.s) yaraşıqlı olduğu belə vurğulanmışdır:
O qədər təmizdir ki, nəm olmadığı halda, saçından sanki su damır. (Ölüm-Kıyamet-Ahiret ve Ahirzaman Alametleri, s.499)) (Ebu Davud, Melahim, 4324) 
“Mən bu gecə yuxuda özümü Kəbədə gördüm. Birdən qarabuğdayı bir şəxs gördüm. O, insanlardan ən gözəli idi, saçı iki çiyninin arasına düşmüşdü, (yeni) daranmış və təmizlənmiş kimi saçından su damırdı. İki əlini iki nəfərin çiyninə qoyaraq Kəbəni təvaf edirdi. (Oradakılardan): “Bu kimdir?”- deyə soruşdum. Onlar: “Bu Məryəmin oğlu Məsih İsadır”,- dedilər”. (Sahih-i Buhari, 9/177) 
Hədislər və hədislərdən rəvayətlər Hz. İsanın (ə.s) yaradılış etibarilə yaraşıqlı olduğunu bildirir və Allahın Hz. İsa (ə.s) üzərində təcəlli edən qüsursuz sənətini vurğulayır.