Bəzi İslam alimlərinin Hz. İsa ilə bağlı sözləri.

İslam tarixində müxtəlif dövrlərdə yaşamış İslam alimləri də əsərlərində Hz. İsanın dünyaya ikinci dəfə gəlişi ilə əlaqədar ətraflı izahlar vermişdirlər. Bu izahların bir hissəsi belədir:
 
İmam Rəbbani

"Bir başqa hədisi-şərifdə isə Rəsulullah (s.ə.v.) Əfəndimiz belə buyurdu:

"Əshabı-Kəhf Hz. İsanın köməkçisi olacaq." Hz. İsa (ə) Hz. Mehdi dövründə yerə enəcək. Hz. Mehdi Dəccalın yox edilməsində Hz. İsayla (ə) razı olar. Onun dövründə Ramazan ayının on dördüncü günündə Günəş tutulacaq. O ayın ilk günündə isə Ay qaralacaq. Bunları bilinənin və münəccimlərin hesabına tərs (ixtilafına səbəb) olacaq." (Məktubat, c. 2, 381. Məktub, s. 1169-1171)

 

Məhəmməd ibn Rəsul Al-Hüseyni Əl Bərzənci

"Bilindiyi kimi Hz. İsa (ə) nazil olacaq və Dəccalı yox edəcək. Buda bir həqiqətdir ki, Hz. İsa Hz. Mehdidən hakimiyyəti almayacaq. Çünki, liderlər Qüreyşdəndir. Cəmiyyətdə bu ikisi olacaqsa Hz. İsa (ə) onun əmiri yox, vəziri olacaq. Bu səbəbdəndir ki, Hz. Mehdinin ardında namaz qılacaq və ona tabe olacaq." (Qiyamət Əlamətləri, s. 185)

 

Şeyx Mənsur Əli Nasif

"Daha sonra da Dəccal ortaya çıxacaq, Hz. İsa enəcək və Dəccalı yox edəcək və ya Hz. İsa ilə Hz. Mehdi birlikdə köməkləşərək Dəccalı yox edəcəklər." Hz. Mehdi ilə əlaqədar hədisləri səhabələrin qabaqcıllarından və xeyirlilərindən bir qrup rəvayət etmişdir. Yenə  hədis rəvayət edənlərin tanınmışlarından Əbu Davud, Tirmizi, İbni Macə, Təbərani, Əbu Yala, Bəzzaz, İmam Əhməd ibn Hənbəl, Hakim həzrətləri nəql ediblər." (Əhməd Fəruq, "Kəbə Basqını və Hz. Mehdilik", Vəhdət Nəşriyyat, s. 21)

 

Qədizadə

"…Bir çox fəthlər və qənimətlərlə bütün müsəlmanları dövlətli edər. Hz. İsa ilə birlikdə olar və Hz. İsa Dəccalı yox edər və qeyri-müslimlərdən cizyəni qaldırar və İslama gələnlərin imanlarını qəbul edər." (Qədizadə, "Əməntü Şərhi" (Sdş. M. Rəhmi) s. 358)