Hz. İsa yeni bir din gətirməyəcək İslamiyyətə tabe olacaq.

Xristianlar da eynilə Müsəlmanlar kimi Hz. İsanın yenidən dünyaya gəlişini gözləyirlər. Ancaq Hz. İsa gələndə Xristianlarda olan bəzi səhv inancları və təhrif edilmiş batil məlumatları yox etdikdən sonra, bütün insanları Quranda bildirilən həqiqi din əxlaqına dəvət edəcək. Onun dövründə İsəvilik həqiqi din olan İslamiyyət ilə birləşəcək, mənəvi olaraq Xristianlıq İslamiyyətə çevriləcək.

Hz. İsanın xristiyanlara öz peyğəmbərləri haqda üç üqnum inancının səhv olduğunu, Allahdan başqa ilah olmadığını, kiminsə başqasının günahını yüklənməsinin mümkün olmadığını, haqq kitabın Qurani Kərim olduğunu izah etməsi Xristian dünyasında böyük təsir yaradacaq.

Hz. İsa ilə birlikdə insanlar cəm halda şirkdən və batil inanclardan xilas olacaq, Allahın icazəsi ilə birlikdə İslam əxlaqına yönələcəklər.

Peyğəmbərimizin (s.ə.v.) bu mövzu ilə əlaqədar hədislərindən bəziləri belədir:

"(Hz. İsa) qırx (40) il Allahın Kitabı və mənim sünnəmlə hökm edib, vəfat edəcək." (Kitab-ul Burhan Fi Əlamət-əl Mehdiyy-il Axır Zaman, s. 92)

"Hz. İsa ümməti-Məhəmmədə peyğəmbər olaraq deyil, Şəriəti-Muhəmmədiyəyi (İslamiyyətin əsaslarını) tətbiq etmək üçün gələcəkdir, deyir." (əl-Kəvlul Müxtəsər Fi Əlamətil Mehdiyy-il Müntəzər, s. 68)

"Onunla (İsa ilə) mənim aramda heç bir peyğəmbər yoxdur. O, şübhəsiz ki, enəcək. Onu gördüyünüz zaman tanıyın! O, orta boylu, ağa yaxın qırmızı rəngdədir. Sarı rəngli iki paltarda olacaq. Yağış yağmasa da saçından su damlayacaq. İnsanlarla İslam üçün mübarizə edəcək. Dəccalı təsirsiz hala gətirəcək, sonra dünyada düz qırx il qalacaq. Sonra öləcək və namazını Müsəlmanlar qılacaqlar." (Buxari, Müslim, Əbu Davud və Tırmizi, Böyük Hədis Külliyyatı, Rudani, 5.cilt, s. 380)

Bədiüzzaman Səid Nursi də ateizm və materializm kimi dinsiz ideologiyaların hakim olduğu bir dövrdə Hz. İsanın yenidən dünyaya qayıdacağını deyir. Bədiüzzamanın aşağıdakı sözlərində xəbər verdiyi kimi Hz. İsa dünyaya ikinci dəfə gəlişində Quranla hökm edəcək, Qurana tabe olacaq. Xristianlıq ilə müsəlmanlıq birləşəcək və dinsizliyə qarşı Quran əxlaqı ilə üstün gələcəklər. Risaleyi-Nurda bu mövzu ilə əlaqədar yazılanlar belədir:

"Axır zamanda Həzrəti İsa (ə) gələcək, Şəriəti-Məhəmmədiyə (ƏSM) əməl edəcək məalindəki hədisin sirri budur: Axır zamanda fəlsəfəyi-təbiiyənin (təbiət fəlsəfəsinin) yaratdığı cərəyanı-küfrüyə (inkarçı hərəkət) və inkarı-üluhiyyətə (Allahı inkara) qarşı İsəvilik dini təsaffi edərək (təmizlənərək) və xurafattan təcərrüd edib (xurafatlardan təmizlənib) İslamiyyətə inqilab edəcəyi (keçəcəyi) bir yerdə, necə ki, İsəvilik şəxsi-mənəvisi vəhyi-səmavi qılıncı ilə o müdhiş dinsizliyin şəxsi-mənəvisini yox edər; Həzrəti İsa (ə) İsəvilik şəxsi-mənəvisini təmsil edərək, dinsizliyin şəxsi-mənəvisini yox edər.. yəni inkarı-üluhiyyət fikirini yox edəcək." (Məktubat, s. 6)

"...İsəvilik dini tasaffi edərək (təmizlənərək) və xurafattan təcərrüd (xurafatlardan təmizlənib) edib İslamiyyətə inqilab edəcəyi (İslamiyyəti qəbul edəcəyi)..." Bədiüzzaman bu hikmətli izahında Hz. İsanın İslam əxlaqına görə hərəkət edəcəyi yönündəki hədisi təfsir edir. Hz. İsanın mübarizəsi müxtəlif xurafatlar və ənənələrlə əslindən uzaqlaşan Xristianlığın əslinə dönməsi ilə başlayacaq. Hz. İsa Xristianlığı bütün batil xurafatlardan təmizləyəcək və haqq din olan İslam əxlaqını əsas götürəcək.