Hz. Mehdi (ə.s) inkarçı cərəyanları və bidətləri İslam dinindən çıxaracaq.

Rəsulullah (s.ə.v) belə buyurur: "HƏR ZAMANDA ÜMMƏTİM ÜÇÜN ƏHLİ BEYTİMDIN BİR ƏDALƏTLİ ŞƏXS VARDIR. ONLAR, AZANLARIN TƏHRİFLƏRİNİ, BATİL ƏHLİNİN BATİLİNİ, CAHİLLƏRİN ŞƏRHİNİ BU DİNDƏN ÇIXARARLAR, eşidin ki, doğrusu sizin imamlarınız sizi Allaha aparan elçilərdir, elə isə yaxşı baxın ki, sizin elçiləriniz kimlərdir."
(Savaik'ul Muhrika, İbni Həcər, s. 148, Muhammediyye mat. Və s. 90, Meymeniye mat. Misir. / Yenabi'ul Mevedde, Kunduzi Hənəfi, s. 226, 326, 327, Haydariye mat. S. 191, 271, 273 və 297, İstanbul. / Zehair'ül Ukba, Muhibbiddin Taberi Şafisi, s. 17)

 

Peyğəmbərimiz (s.ə.v) hədisi şərifində hər əsrdə seyidlər arasından ədalətlə hökm edən biri gələcəyini bildirmişdir. Bu kəslər öz əsrlərində hakim olan batil cərəyan nə isə onunla fikri mübarizə içində olacaqlar və insanları din əxlaqını yaşamağa dəvət edəcəklər. O dövrdə cəmiyyətlər üzərində təsirli olan batil din (materializm, ateizm, bütpərəstlik, Darvinizm) hansı isə onunla və ya hamısı bir yerdə isə hamısı ilə fikri mübarizə aparacaqlar.Hicri 1400-də bu fikri mübarizə aparacaq və insanları haqq yola dəvət edəcək seyiyd Hz.Mehdi (ə.s.) olacaq. Hz. Mehdi (ə.s.) həm Darvinizm və materializm bütünü fikirlə məhv edəcək, həm də bəzi  cahil kəslərin dinə daxil etdikləri hər cür batil izahı dindən çıxaracaq, din əxlaqının Peyğəmbərimizin (s.ə.v.) yaşadığı dövrdəki kimi yaşanmasını təmin edəcək. Ustad Səid Nursi Həzrətləri Hz. Mehdi (ə.s.)-ın bu fikri mübarizəsini bu şəkildə açıqlamaqdadır:

 

Birincisi: ...Fən və fəlsəfənin təsiriylə və MADİYYUN (MATERİALİZM) VƏ TABİYYUN (TƏBİƏTÇİLİK İNANCININ) BƏŞƏR İÇİNDƏ İNTİSAR ETMƏSİYLƏ (YAYILMASIYLA) HƏR ŞEYDƏN ƏVVƏL FƏLSƏFƏNİ VƏ MADDİNİN FİKİRİNİ (MATERİALİST DÜŞÜNCƏNİ) TAM SUSDURACAQ BİR TƏRZDƏ İMANI QURTARMAQDIR. ." (Emirdağ Lahikası, məktub sf. 337)

 

Hz. Mehdi (ə.s.) birinci vəzifəsi olaraq “maddiunun”, yəni materializm, “tabiyyun”, yəni Darvinizm ilə fikri bir mübarizə aparacaq və bu iki inkarçı axımı tam olaraq fikirlə məhv edəcək, insanların Allaha qəti olaraq iman etməsinə vəsilə olacaq.