İslam dünyasının hazırki vəziyyəti.

Məni Haqq ilə baas edən Allaha and içərəm ki, məndən sonra ümmətimin içində fetret dövrü olacaq. O dövrdə hər kəs halalı axtarmaq əvəzinə mal axtaracaq, qanlar axıdılacaq və şer Qurana əvəz tutulacaq. (Deylemi; Gələcəyin Tarixi I, s. 50)

 

İslam dünyası, keçmişdə tarixin ən böyük və ehtişamlı mədəniyyətlərindən biri idi. XX əsrin əvvəllərində Osmanlı İmperatorluğunun devrilməsi, İslam dünyasının XX əsrdəki mövqeyini dərindən təsir etdi. İslam birliyi dağıldı. XXİ əsrdə İslam dünyasının bir çox bölgəsində həllini gözləyən problemlər, ortaq məxrəcə gəlməli müxtəlif anlaşılmazlıqlar hələ də davam etməkdədir. Müsəlman ölkələrdən bəziləri elm, texnologiya, iqtisadiyyat kimi sahələrdə xeyli geri qalmışdır. Hədisdə ifadə olunan müsəlmanların yaşayacağı "fetret" dövrü, bəzi müsəlmanların bu günki bu vəziyyətinə işarə ola bilər.

 

Ancaq unutmamaq lazımdır ki, İslam dünyasının keçmişdə olduğu kimi bu gün də bütün dünyaya əxlaqı, sülhü, əmain-amanlığı və bolluğu ilə örnək olan ehtişamlı bir mədəniyyət qurmaları son dərəcə asandır. Bunun üçün lazım olan; Quran əxlaqının və Peyğəmbərimiz (s.ə.v)-in sünnəsinin əksiksiz olaraq yaşanması və bu əxlaqın bir gərəyi olan İslam Birliyinin təmin edilməsidir.