Kəbədə qan axıdılması.

“Onun çıxacağı il insanlar həccə başlarında bir əmir olmadan gedəcəklər… Birlikdə Beyti-şərifi təvaf edəcəklər, sonra Minaya endiklərində bir-birinə hücum edəcək, hacılar soyulacaq, qanlar Akabə cəmrəsinin üzərinə axacaq”. (Qiyamət əlamətləri, səh. 168-169)


“İnsanlar başlarında bir imam olmadan həccə gedərlər. Minaya endiklərində böyük döyüşlər olar. Belə ki, ayaqlar qan gölü içində qalar”. (Kitabül-bürhan fi əlamətil- Mehdiyyil-axır zaman, səh. 35)
Hədislərdə “onun çıxacağı il” cümləsindən istifadə edilərək hz. Mehdinin çıxış tarixində həcc əsnasında meydana gələcək bir qırğına diqqət çəkilmişdir. 1979-cu ildə həcc əsnasında baş verən Kəbə basqınında eyni ilə belə bir qırğın yaşanmışdır. Çox maraqlıdır ki, bu qanlı Kəbə basqını da axır zamanın başlanğıcının və hz.
Mehdinin çıxışının digər əlamətlərinin reallaşdığı dövrün düz əvvəlində, yəni hicri 1400-cü ilin ilk günündə - 1 məhərrəm 1400-cü il (21 noyabr, 1979) tarixində meydana gəlmişdir.
Hədisdə qanların axacağından bəhs edilərək öldürmə hadisəsinə diqqət çəkilmişdir. Basqın əsnasında Səudiyyə əsgərləri ilə təcavüzkar məmurlar arasında meydana gələn döyüşdə 30 nəfərin öldürülməsi bu rəvayətin qalan hissəsini də təsdiq etmişdir.