Hz. İsa ilə əlaqədar Kitabi-Sittədə olan bəzi hədislər.

Kitabi-Sittə, altı məşhur hədis kitabından ibarət olan hədis külliyyatına verilən addır. Bu altı kitabda hədislərin Peyğəmbər Əfəndimizdən (s.ə.v.) bizə olduğu kimi gəldiyi bütün əhli sünnə alimləri tərəfindən təsdiq edilmişdir.

Bu səbəbdəndir ki, Kitabi-Sittə əhli-sünnə etiqadına görə Qurani Kərimdən sonra gələn ən əhəmiyyətli ikinci qaynaqdır. Kitabi-Sittədə Hz. İsanın dünyaya ikinci dəfə gəlişi haqqında bir çox hədis verilmişdir. Bəşəri qaynaqlar içində ancaq Kitabi-Sittədə olması da bu mövzunun şübhəsiz doğru olduğunu göstərməyə kifayət edir.

Kitabi-Sittədəki Hz. İsa və axır zamanla əlaqədar hədislərdən bəzi nümunələrə aşağıda yer verimişik:
 
Səhihi Buxari

-…Səid ibnül Müseyyib Əbu Hüreyrədən (r.ə.) belə dediyini eşitmişdir:

Rəsulullah (s.ə.v.) belə buyurdu: "Nəfsim əlində olan Allaha and içirəm ki, şübhəsiz irəlidə Məryəm oğlu İsa sizin içinizə ədalətli bir hakim olaraq enəcək. O vaxt, o, salibi (xaçı) qıracaq, donuzu öldürəcək, cizyə vergisini qaldıracaq, mal o qədər çoxalacaq ki, heç kim mal qəbul etməyəcək. Nəhayət, bir tək səcdə dünyadan və dünyadakı hər şeydən daha xeyirli olacaq."

 
Səhihi Müslim

- 247- (156)..........: Cabirubnu Abdillah (r.ə.) belə demişdir:

Peyğəmbərdən (s.ə.v.) eşitdim. Buyururdu ki: "Ümmətimdən bir tayfa qiyamət gününə qədər haqq üçün mübarizə aparıb qalib olmaqda davam edəcək. "Nəhayət, Məryəm oğlu İsa enəcək və müsəlmanların əmiri ona: “Gəl bizə namaz qıldır”, deyəcək. Bundan sonra İsa: “Xeyr! Allahın bu ümmətə bir hədiyyəsi olaraq sizin bir qisiminiz digərlərinizə əmirsiniz”, deyəcək.

 

Sünnəni Tirmizi

- Əbu Hüreyrədən (r.ə.) edilən rəvayətə görə Rəsulullah (s.ə.v.) belə buyurdu:

"Canım, Qüdrət sahibi olan Allaha and içirəm ki, Məryəm oğlunun ədalətli bir hakim olaraq sizə enməsi çox yaxındır. O, gələndə xaçı qıracaq (xaça ibadəti qaldıracaq), donuzu öldürəcək (donuz əti yeməyin haram olduğunu bildirəcək), cizyəni qaldıracaq, mal o dərəcə çoxalacaq ki, heç kim onu qəbul etməyəcək."

- Mücəmma ibn Nökər əl Ənsarıdan (r.ə.) eşitdim. Belə deyirdi: "Məryəm oğlu İsa Dəccalı "Babı-Lud" deyilən yerdə yox edəcək."

 

Sünnəni İbni Macə

-"... Hüzeyfə ibn Əsid Əbi Sərihadan (r.ə). Belə demişdir:

(Bu) on böyük əlamət həyata keçmədikcə qiyamət qopmayacaq: Günəşin qərb tərəfdən çıxması, Dəccal, Duxan, Dabbə(tul-Arz), Yəcuc və Məcuc, İsa ibn Məryəmin (göydən enib meydana) çıxması, biri şərqdə, biri qərbdə və biri Ərəb yarımadasında olan Hufus (yəni ərzin çökməsi) və Əbyənənin Adən məmləkətinin ən uzaq yerindən çıxıb insanları Məhşərə (yerinə) göndərən elə bir od ki, insanlar gecələrini keçirdikdə o da onlarla birlikdə gecəsini keçirər və insanlar günorta vaxtı yatdıqda o da onlarla birlikdə yatar."