Buynuza bənzəyən iki quyruqlu ulduz. (Lulin)

Səhabələrin verdiyi xəbərə görə, Rəsulullah (səv) Əfəndimiz belə buyurmuşdur:

 

"Vəd edilən Mehdinin zühur müqəddimələri olan Abbasi Məlik Xorasana çatdığı zaman, ŞƏRQ TƏRƏFİNDƏ İKİ DİŞLİ   MÜNƏVVƏR  BİR BUYNUZ  ÇIXAR."

 Lulin kometasının arxa qisimindəki quyruğun ikihaçalı olması, hədisdəki iki dişli ifadəsiylə tamamilə uyğun gəlir.

 

Hədisdə bəhs edilən münəvvər (işıqlandırıcı) təyini Lulin kometasının dünyaya yaxınlaşdıqca 6 ulduz parlaqlığı qədər artan parlaqlığına işarə edir.

 

Lulin kometasını digər kometalardan fərqləndirən ən əsas cəhət isə ulduzun nüvəsinin arxa qisimdə mövcud olan quyruğun qarşısında, nüvənin ön qisimində, yəni hərəkət istiqamətində də bir quyruğunun olmasıdır. Lulin kometasının çəkilmiş fotoşəkillərinə baxıldığında, əks istiqamətdəki iki quyruğun forma etibarilə bir buynuzu xatırlatdığı ilk baxışdan müşahidə olunur.

 

"ŞƏRQ TƏRƏFİNDƏ BIR KOMETA DOĞULUB İŞIQ SAÇACAQ."

 

Bu ulduz da doğulmuşdur. Amma odurmu, yoxsa onun bir bənzəridirmi?

 

Bu ulduza: -Kometa, adının verilməsi, ehtimal ki, bu izahlara əsaslanır:

 

-Sabitlərin seyri, MƏĞRİBDƏN (QƏRBDƏN) MƏŞRİQƏDİR (ŞƏRQƏDİR)...

Bu ulduzun vəziyyəti də, onun seyrinə görədir. Yəni üzü məşriqə doğru, arxası da məğrib tərəfinədir. Bu işıqlı uzun tərəf də, onun arxa tərəfindədir. Bu mənanın nəticəsi olaraq ona:

 

-Quyruq... adının verilməsi çox yerindədir.

 

Hədisin ardınca qeyd edilən "Sabitlərin seyri, məğribdən (qərbdən) məşriqədir (şərqədir)..." ifadəsi göy cisimlərinin hərəkət istiqamətinə işarə edir, ki, bu məlumat 20-ci əsrdə əldə edilən astronomiya məlumatlarıyla tam uyğunlaşır. Həqiqətətn də bütün göy cisimləri MƏĞRİBDƏN (qərbdən) (MƏŞRİQƏ) şərqə hərəkət edir.

 

 

ONUN HƏR GÜNKÜ İRTİFİ (HƏRƏKƏT İSTİQAMƏTİ) İSƏ, MƏŞRİQDƏN MƏĞRİBƏDİR. Ancaq o, kısri (özünə xas vəziyyətində ağırlıq daşıyan) seyri ilə fələk-i azamın seyrinə bağlıdır.

 

Onun hərgünkü irtifi (hərəkət istiqaməti) isə, məşriqdən (şərqdən) məğribədir (qərbədir)...: Burada isə "Onun hər günkü irtifi ( hərəkətvistiqaməti) isə..." deyilərək, Lulin kometasının digər göy cisimlərindən fərqli olaraq şərqdən qərbə doğru hərəkət etdiyi bildirilmişdir.

 

Peyğəmbər Əfəndimiz (s.ə.v.)-in hədisində axır zamanda gəlməsi gözlənilən Hz. Mehdi (ə.s.)-ın zühur əlaməti olaraq ifadə etdiyi və İmam Rəbbaninin də əsaslı şəkildə təfsir etdiyi "iki dişli münəvvər (işıqlandırıcı) bir buynuz çıxar" ifadəsi 24 Fevral 2009-cu ildə, yəni Hicri 1430-cu ildə Dünyaya ən yaxın nöqtədən keçən Lulin kometasına işarə edilir.

 

Bu kometanın başqa bir əhəmiyyətli xüsusiyyəti də elm adamları tərəfindən "bir daha 1000 İL SONRA yenidən Dünyanın yaxınlığından keçə biləcəyinin deyilməsidir.

 

Həqiqəti halını ən yaxşı bilən Sübhan Allahdır.

 

İmamı Rəbbani, Məktubati Rəbbani, 381. Məktub, s. 118