Dəccali sistem: Masonluq

Allahın inkar etmək üçün ortaya çıxmış, insanlara Allah qarşısında məsuliyyət daşımayan nəzarətsiz heyvan olduqlarını təlqin edən, hər şeyin təsadüflərlə meydana gəldiyi iddiasını kütlələrə yayan və təbii seçmə iddiası ilə bütün dünyaya zəiflərin yox olması, güclülərin isə həyatda qalması düşüncəsini yayaraq XX əsrin əvvəlindən etibarən bütün dünyanı zülmə, degenerasiyaya, soyqırımlara, müharibələrə sürükləyən təkamül nəzəriyyəsinin əsl qoruyucusu, əsl dəstəkləyəni masonluqdur.

 

Təkamül nəzəriyyəsini bugünkü formada irəli sürən və bu yalanın insan kütlələrinə yayılmasında təşəbbüskar olan Çarlz Darvinin babası Erasmus Darvin Şotlandiyada, 2 saylı Kanonqeyt Kilvininq lojasına aid məşhur masondur. Çarlz Darvin də babası ilə eyni lojadandır və 27-ci dərəcədən masondur. Çarlz Darvinin qardaşları da masondur.

 

Darvinin fikirlərinin yayılmasından sonrakı 150 il boyu bütün dünyada Allaha inamın zəifləməsinin, ateistlərin çoxalmasının, dünyanın böyük qarışıqlıq və degenerasiyanın içinə girməsinin, dünya müharibələrinin baş verməsinin, cəmiyyətdə nifrət və qəzəbin yayılmasının, kütləvi qırğınların, cinayətlərin çoxalmasının, soyqırım, irqçilik kimi cəmiyyəti fəlakətə aparan fikirlərin yayılmasının səbəbi bu yalanın masonik Darvinist diktatorluq idarəsi altında dünyanın hər təbəqəsinə, məktəblərə və dövlət idarəçiliyinə yerləşməsidir.

Qaniçən kommunist və faşist liderlər Darvinin təkamül nəzəriyyəsinə olan bağlılıqları və heyranlıqları ilə məşhurdurlar. Bu şəxslər dünyada fitnə, qarışıqlıq, zülm sistemi qurarkən özlərinə təkamül nəzəriyyəsini mənbə seçdiklərini bildirməkdən əsla çəkinməyiblər. Bundan əlavə, sözügedən qaniçən liderlərin hamısı masondur.

Kütlələri qana bulayan kommunizmin banisi Karl Marks Darvinin kitabı “Növlərin Mənşəyi” ilə bağlı “Bizim fikirlərimizin təbii tarixi təməlini ehtiva edən kitab elə budur” deyərək özünə Darvinin təkamül nəzəriyyəsini əsas götürdüyünü açıq şəkildə ifadə etmişdir.  Marks Alman Qrand Orient lojasına aid 32-ci dərəcəli masondur. Ateist olması ilə tanınan Marks yəhudi əsilli olmasına görə həmişə narahat olmuş və “Yəhudilərsiz Dünya” adlı kitabından Musəvilərə və Allah inancına olan qəzəbini açıq şəkildə ifadə etmişdir.

 

Marksın fikirlərini özlərinə əsas götürmüş və Darvinə və təkamül nəzəriyyəsinə heyranlıqları ilə tanınan milyonlarla insanın qətlinə səbəb olmuş Lenin və Stalin də eyni şəkildə masondur. Lenin Qrand Orient lojasına, Stalin isə Gül Xaç lojasına aid masondur. Stalin 60 milyon insanın həyatını itirməsinə səbəb olduğu təxmin edilən hakimiyyəti boyu təkamül təbliğatına böyük əhəmiyyət vermişdir. Tərcümeyi-halında bu sözlər yer alır: Məktəblərdəki şagirdlərimizin zehnini yaradılış fikrindən təmizləmək üçün onlara üç şeyi xüsusilə öyrətməliyik: Yerin yaşını, geoloji mənşəyini və Darvinin təlimlərini.

 

Kommunist İnqilabının Leninlə birlikdə digər banilərindən biri olan Leon Trotski isə “Darvinin kəşfi bütün üzvi maddə sahəsində dialektikanın (dialektik materializmin) ən böyük zəfəri oldu” şərhini vermiş digər Darvinistdir. Leon Trotski eyni zamanda Qrand Orient lojasına aid masondur. Trotski Rusiyadan sürgün edilərək Cənubi Amerikada məskunlaşdıqdan sonra Latın və Cənubi Amerika bölgələrində Qrand Orient lojalarının birləşdirilməsi vəzifəsini həyata keçirmişdir. Bu günə qədər Kuba da daxil olmaqla Cənubi Amerikadakı kommunist qiyamların hamısı bu lojalar tərəfindən təşkil edilmişdir.

 

Eyni şəkildə Çin kommunizminin banisi Mao Tse Tunq da “Çin sosializminin təməlinin Darvinə və təkamül nəzəriyyəsi üzərində bina edildiyini” açıq şəkildə bildirmiş qaniçən kommunist liderdir və Mao Tse Tunq da Qrand Orient lojasına aid masondur.   Mao Tse Tunqun Darvinə əsaslanan Çin sosializmi tarixin ən repressiyaçı və qanlı rejimlərindən biridir. O dövrdə Çin saysız-hesabsız siyasi edama səhnə olmuşdur. Sonrakı illərdə isə Maonun “Qızıl Mühafizəkarlar” adlandırdığı gənc hərbiçilər ölkəni əsl terror məkanına çevirmişdilər. Çin hələ də eyni kirli kommunist sistemin təsiri altında eyni qanlı diktatorluğunu davam etdirir. Son dövrlərdə Çində Uyğur türklərinə tətbiq edilən ən böyük soyqırımı və ardından qorxunc edamlar Maonun öz ifadəsilə Darvinin təkamül nəzəriyyəsinə əsaslanan, eyni batil və kirli masonik sistemin təsirinin davam etdiyini açıq şəkildə göstərir.

 

Bu şəxslərin hamısı Darvinistmasondur. Bu şəxslər Quran, Tövrat və İncilə qarşı olan, Allaha təkəbbür göstərən dəccal komitəsidir. Dünyanı dinsizliyə, degenerasiyaya, nifrət və məqsədsizliyə, müharibələrə sürükləyən Darvin , onun məsləhətçisi olan babası Erasmus Darvin, milyonlarla insaın ölümünə səbəb olan və Darvinizmi dəstəkləyən kommunist ideologiyanın qaniçən liderləri yüksək dərəcəli masonlardır. Bu gün heç bir elmi dəlili olmamasına baxmayaraq təkamül nəzəriyyəsi bütün dünyada qanunlarla qorunur və dəstəklənir. Gənclər bu batil nəzəriyyəni öyrənmək, müəllimlər də müdafiə etmək məcburiyyətindədirlər. Təkamül nəzəriyyəsinə qarşı çıxanlar dərhal vəzifələrindən azad edilir, susdurulurlar. Çünki dünyanı qana bulayan, cəmiyyətə dinsizliyi aşılamağa çalışan bu batil ideologiya dəccalın, yəni masonluğun ən mühüm qalasıdır. Qaniçən kommunist və faşist liderlərin bu nəzəriyyəyə möhkəm bağlı olduqları və Darvinin təlimlərini tətbiq edərək milyonlarla insanın qanını tökdükləri nəzərə alındıqda, bu dəccal komitəsinin dünya səviyyəsindəki təsiri başa düşülür.