Tövratda israiloğulları kimi bildirilən qövm Mehdi camaatıdır.
Peyğəmbərimizin (s.ə.s.) hədislərinə görə, hz. Mehdi və camaatı bütün dünya insanlarının gələcəyi üçün çox əhəmiyyətli və çox faydalı işlər gördükləri halda, ilk dövrlərdə tanınmayacaqlar və çox az saydakı mömin topluluğundan başqa onlara yardım edən olmayacaq. Ancaq iman gözü ilə baxanlar hz. Mehdini və camaatını üstün qənaətləri ilə tanıyacaqlar. Bu mübarək şəxsin Mehdiliyi, mehdiyyət mövqeyinə sahib olması Allahın dinini yaymaqdakı müvəffəqiyyəti ilə dəqiqləşəcək. Bir ayədə kitab əhlinin Peyğəmbərimizi (s.ə.s.) “uşaqlarını tanıyırmış kimi” tanıyacaqları bildirilir:
Kitab verdiyimiz şəxslər onu öz oğullarını tanıdıqları kimi tanıyırlar. Onların bir qismi, şübhəsiz ki, həqiqəti bilə-bilə gizlədir. (Bəqərə surəsi, 146)
Bu ayə işari mənada hz. Mehdinin tanınacağına da işarə edir. (Doğrusunu Allah bilir). Hz. Mehdi də ortaya çıxdığında Peyğəmbərimizin (s.ə.s.) təsvirləri ilə insanlar onu uşaqlarını tanıyırmış kimi tanıyacaqlar. Ancaq buna baxmayaraq, bəzi insanlar bu mübarək şəxsi tanımamazlıqdan gələcək və inkar edəcəklər.