Allahdan çox qorxması.

Hz. Mehdi (ə.s.), o qədər mərhəmətli olacaq ki, dövründə bir kimsənin belə burnu qanamayacaq.
(Əl-Kavlu'l Müxtəsər fi Alamatil Mehdiyy-il Muntazar, sf. 42)
... Yoxsullara qarşı çox mərhəmətli olması, Hz. Mehdi (as)-ın əlamətlərindəndir.
(Mer'iy b. Yusuf b. Əbi bəkir ibn. Əhməd b. Yusuf əl-Makdisi "Feraidu Fevaidi'l Fikir Fil İmam əl-Mehdi əl-Muntazar")
... Məzlumlara qarşı da çox mərhəmətli olmasıdır.
(Nuaym b. Hammad, vr. 50b; Ukayli "En-Necmu's-sakıb fi Bəyanı Enne'l Mehdi min Övladı Əli b. Əbi Talib Alət-Mövzum vəl kamal")
Böyük İslam alimi Muhyiddin Ərəbi isə Hz. Mehdi (ə.s)-ın xüsusiyyətlərini sayarkən, onun üstün mərhəmət anlayışından belə bəhs etmişdir:
1. Bəsirət sahibi olması
2. İlahi kitabı anlaması
3. İlahi Kəlamı mənasını bilməsi
4. Təyin edəcəyi kəslərin hal və hərəkətlərini bilməsi
5. Hirsləndiyində belə mərhəmət və ədalətdən ayrılmaması
6. Varlıqların siniflərini bilməsi
7. İşlərin dolaşıq tərəflərini bilməsi
8. İnsanların ehtiyacını yaxşı anlaması
9. Xüsusilə öz zamanında ehtiyac hiss edilən qeybi elmlərə vaqif olması.  Çünki ancaq o sayədə yeni yeni zühur ediləcək məsələləri həll edə bilər.
(Qiyamət Əlamətləri, sf. 189)