Yəhudilərin "Məsih", Müsəlmanların "Mehdi" sifətiylə gözlədikləri, eyni müvarək şəxsdir.

İlahi dinlərdə “gözlənilən qurtarıcı” olaraq da ifadə edilən “Məsih” termini, Müsəlmanlarda “Mehdi” inancının təzahürüdür. İslamdakı “Mehdiyyət”, Yəhudilərin müqəddəs edilən qaynaqlarında “Məsih” olaraq keçər. Ancaq Xristianların “Məsih” olaraq dünyaya ikinici gəlişini gözlədikləri Hz. İsa, “Mehdi (r.ə.)” deyil. Müsəlmanlar da Hz. İsanın axır zamanda yenidən dünyaya gələcəyinə inanmaqdadırlar; ancaq Hz. İsa gəldiyində Mehdi (r.ə.)a tabe olacaq, Allahın icazəsiylə yeganə haqq din olan İslam əxlaqının dünyaya hakim olmasına, bu iki mübarək insan birlikdə vəsilə olacaqlar.

 

Peyğəmbərimiz (s.ə.s.)dən köçürülən səhih rəvayətlərə görə “Hz. İsa namazını Hz. Mehdinin arxasında qılacaq.” Bu rəvayət digər hədislərdə belə xəbər verilməkdədir:

 

 

Hz. İsa səmadan nüzul edəcək və onun əmrliyini qəbul edəcək. Hz. İsaya “Bizə namaz qıldır” deyiləcək, ancaq o, “Əmr sizin içinizdədir” qarşılığını verərək, “Bu Allahın ümməti Məhəmmədə bir hədiyyəsidir.” deyəcək. (Əl Kavlul Müxtəsər Fi Əlamətil Mehdiyy-il Muntazar, sf. 24)

 


Hz. Mehdi möminlərlə birlikdə Beytul Makdisdə səhər namazı qılarkən, o vaxt nüzul edən Hz. İsanı təqdim edəcək və Hz. İsa əllərini onun çiyninə qoyaraq, “Namazın iqaməsi (namaz üçün səslənilməsi) sənin üçün gətirildi, buna görə sən qıldır namazı” deyəcək və nəhayət Hz. Mehdi, Hz. İsa və möminlərə imam olaraq namazı qıldıracaq. (Əl Kavlul Müxtəsər Fi Əlamətil Mehdiyy-il Muntazar, sf. 25)

 


Peyğəmbərimiz (s.ə.s.)in səhih hədislərində, Hz. İsa və Hz. Mehdinin eyni dövrdə ortaya çıxacaqları və İslam əxlaqını bütün dünyada yayma məqsədiylə birlikdə mübarizə edəcəkləri bildirilmişdir. Bir çox səhih hədisdə iştirak edən bu məlumatlar, Hz. İsa ilə Hz. Mehdinin ortaya çıxdıqları dövrdə bir yerdə olacaqları və qarşılıqlı dialoq içərisində olacaqlarını göstərməkdədir.
Yəhudilərin gözlədikləri Məsih isə, əslində Mehdi (r.ə.)dır. Yəhudi mətnlərində Məsih termini bütün krallar, yüksək rahiblər, bəzi döyüşçülər üçün də istifadə edilmişdir. Bu səbəbdən “Məsih” anlayışı Yəhudilikdə, “Allaha xidmətlə vəzifəli, Ona yaxın” kəsləri xarakterizə edən bir sifət olaraq istifadə edilməkdədir. Ancaq Yəhudilərin indiki vaxtda gözlədikləri Məsih, Allah tərəfindən axır zamanda dünyaya göndəriləcək və dünyanı hakimiyyəti altına alaraq, insanları Allaha, Onun doğru yoluna yönəldəcək bir elçi, bir dini liderdir; ki bu tərif də Müsəlmanlıqdakı Mehdi (r.ə.)a aiddir.

 


Ayrıca Tövrata və Yəhudilərin digər müqəddəs qaynaqlarına baxıldığında, “Məsih” olaraq izah edilən adamın Mehdi (r.ə.)in xüsusiyyətlərinə sahib olduğu, fəaliyyətlərinin və dünyada vəsilə olacaqları dəyişikliklərin də eyni olduğu görülməkdədir. Bu səbəbdən Yəhudilərin axır zamanda gözlədikləri Məsih, Mehdi (r.ə.)dır.