Məzhəb İmamları Hz. Mehdinin (ə.s) zühurunu mjdələmişdir.

Əhli-sünnə məzhəb imamları arasında sünnənin fəziləti ilə bağlı tam uyğunluq var. Məzhəb imamları bir məsələ olduqda əvvəlcə mütləq Qurana müraciət edirdilər. Daha sonra Peyğəmbərimizin (s.ə.v) sünnəsinə baxılırdı. Sünnədə də tapılmadıqda səhabənin o məsələ ilə bağlı münasibətinə nəzər salırdılar. Bundan da bir nəticə çıxmadıqda, ictihad (Qurana və hədislərə, böyük İslam alimlərinin hökmlərinə əsasən hökm çıxarma) ilə qərar verilirdi.

 

Əhli-sünnə inancındakı bütün məzhəb imamlarının müjdələdiyi məsələlərdən biri də hz. Mehdinin (ə.s.) zühurudur.

 

Hz. İsanın (ə.s) nüzulu və hz. Mehdinin (ə.s) zühuru əhli-sünnə etiqadında inkaredilməz mövzulardır

 

“… DÜNYANIN ÖMRÜNDƏN TƏKCƏ BİR GÜN QALSA DA, ALLAH MƏNİM ƏHLİ-BEYTİMDƏN BİR NƏFƏR GÖNDƏRƏCƏK. O, (DAHA ƏVVƏL) ZÜLMLƏ DOLDUĞU KİMİ, DÜNYANI ƏDALƏTLƏ DOLDURACAQ”.(Sünəni-Əbu Davud, 14-cü cild, səh. 402)

 

Bu hədisdə bildirildiyi kimi, Peyğəmbərimizin (s.ə.v.) müsəlmanlara axırzamanda gələcək və zülm içində olan dünyanı sevgi və sülhə qovuşduracaq hz. Mehdinin (ə.s.) zühurunu müjdələmişdir. Peyğəmbərimizin (s.ə.v.) bu müjdəsi Hənəfi, Hənbəli, Şafii və Maliki məzhəblərində əhli-sünnə inancı kimi dəyişməzdir.

 

Əsrlərdən bəri, eyni inancı mənimsəmiş əhli-sünnə alimlərindən hz. İsanın (ə.s.) nüzulunu və hz. Mehdinin (ə.s.) zühurunu inkar edən olmamış, alimlərimiz hər dövrdə fikir birliyi ilə müsəlmanları bu mövzuda müjdələmişdir.

 

Hənəfi məzhəbinin imamı İmami-əzəm Əbu Hənifə, Hənbəli məzhəbinin imamı İmam Hənbəl, Maliki məzhəbinin imamı İmam Malik, Şafii məzhəbinn imamı İmam Şafii hz. İsanın (ə.s.) yenidən dünyaya qayıdacağını, hz. Mehdinin (ə.s.) zühur edəcəyini bildirmişdir. Əhli-sünnənin bu dörd böyük haqq məzhəbinin imamları mütləq müctəhidlərdir. Bu mütləq müctəhidlərdən başqa, bütün böyük İslam alimləri də axırzamanda İslam əxlaqının bütün dünyaya hakim olacağını, hz. İsanın (ə.s.) nüzulunu və hz. Mehdinin (ə.s.) zühurunu müjdələmişdir.

 

 

Hənəfi məzhəbində hz. Mehdi (ə.s.) inancı


Yaşadığı illərdə bir neçə səhabəni görən, bu səbəbdən də, elmi çox güclü olan İmami-əzəm Əbu Hənifə hz. İsanın (ə.s.) nüzulunu və hz. Mehdinin (ə.s.) zühurunu müjdələyən məzhəb imamlarındandır. Birbaşa səhabələrdən elm və hədis öyrəndiyinə görə, Əbu Hənifə hz. Mehdinin (ə.s.) zühurunun inkaredilməz olduğunu bildirmişdir.

 

İslam aləmində əqaid məsələləri (İslam dinində fərz olan xüsuslar, imanın əsasları, dinin əsas qayda və hökmləri) haqqında İmam Əbu Hənifənin yazdığı “Fiqhul-əkbər” və “Vəsiyyət” adlı risalələri çox önəmli əhli-sünnə mənbələrindəndir. İmami-əzəm Əbu Hənifənin “Fiqhul-əkbər” adlı əsəri əhli-sünnə inancının əsasını təşkil edir. Hənəfi imamı İmami-əzəm Əbu Hənifə hz. İsanın (ə.s.) nüzulunu və hz. Mehdinin (ə.s.) gəlişini inkaredilməz mövzu kimi risaləsində belə bildirir:

 

“Dəccalın və Yəcucun çıxması, Günəşin qərbdən doğması, hz. İsanın (ə.s.) göydən enməsi və səhih xəbərlərdəki digər qiyamət əlamətləri haqdır və olacaqdır. Qiyamətin böyük əlamətlərindən başqaları da var. Məsələn, MEHDİNİN (Ə.S.) GƏLMƏSİ kimi. Bütün bu hadisələr səhih xəbərlərin məlumat verdiyi kimi haqdır və baş verəcəkdir”. (Fiqhul-əkbər tərcüməsi, İmami-əzəm Əbu Hənifə, hazırlayan Əli Rıza Kaşəli, səh. 99)

 

Dəccalın, Yəcuc və Məcucun çıxması, Günəşin qərbdən doğması, HZ. İSANIN (Ə.S.) GÖYDƏN ENMƏSİ və digər qiyamət əlamətləri səhih xəbərlərdə varid olduğu vəchlə (etibarlı xəbərlərdən bizə çatdığı şəklilə) haqdır, olacaqdır. (Əbu Hənifə, Numan bin Sabit (150/767), Fiqhul-əkbər, tərcümə edən: H. Basri Çantay, Ankara, 1982)

 

QİYAMƏT QOPACAĞI ZAMAN HZ. İSA (Ə.S.) YER ÜZÜNƏ ENƏCƏK. HZ. İSA (Ə.S.) GƏLMƏZDƏN ƏVVƏL, HZ. MEHDİ (Ə.S.) MƏKKƏ VƏ MƏDİNƏ HƏRƏMLƏRİNDƏ (MÜQƏDDƏS YER) ORTAYA ÇIXACAQ, SONRA QÜDSƏ GƏLƏCƏK. ONDAN SONRA DƏCCAL GƏLƏCƏK, İSA (Ə.S.) DA DƏMƏŞQDƏ ŞƏRQ MİNARƏSİNDƏN ENƏRƏK DƏCCALI TƏSİRSİZ HALA SALACAQ VƏ DƏCCAL ORADA BİR ZƏRBƏ İLƏ (FİKRƏN) ZƏRƏRSİZLƏŞDİRİLƏCƏK.

 

İSA (Ə.S.) YER ÜZÜNƏ ENDİKDƏ DUZUN SUDA ƏRİDİYİ KİMİ, DƏCCAL DA ƏRİYƏCƏK. BUNDAN SONRA İSA ƏLEYHİSSALAM MEHDİ (Ə.S.) İLƏ GÖRÜŞƏCƏK, BİRLİKDƏ NAMAZ QILINACAQ. MEHDİ (Ə.S.) NAMAZI QILDIRMASI ÜÇÜN HZ. İSAYA  (Ə.S.) İŞARƏ EDƏCƏK, LAKİN İSA (Ə.S.): “BU NAMAZ SƏNİN ÜÇÜN QILINIR”, -DEYƏ SƏBƏB GÖSTƏRƏCƏK VƏ: “SƏN BU NAMAZI QILDIRMAĞA MƏNDƏN DAHA ÇOX LAYİQSƏN”, -DEYƏCƏK. HZ. İSA ƏLEYHİSSALAM HZ. PEYĞƏMBƏRİN (S.Ə.V.) ŞƏRİƏTİNƏ TABE OLDUĞU ÜZƏ ÇIXSIN DEYƏ MEHDİYƏ (Ə.S.) TABE OLACAQ, BELƏLİKLƏ, BİRLİKDƏ NAMAZ QILACAQLAR”. (İmami-əzəm, Fiqhul-əkbər, Əliyyül-Qari şərhi, tərcümə, Yunus Vəhbi Yavuz, əlavəli 3-cü nəşr, Çağrı nəşriyyatı, səh. 284)

 


Şafii məzhəbində Hz. Mehdi (ə.s.) inancı


Hicri 150-ci ildə Qəzzada anadan olan İmam Şafiinin Əbu Hənifənin vəfat etdiyi il doğulması İslam alimləri tərəfindən əhəmiyyətli hesab olunur. İmam Şafii Məkkəyə gələrək hədis təhsili almış, kiçik yaşda Quranı əzbərləmiş və İmam Malikin yanına gələrək fiqhi məsələləri mükəmməl öyrənmişdir. Quran və hədis bilgisi mükəmməl olan İmam Şafii də Əbu Hənifə kimi hz. Mehdinin (ə.s.) zühurunu müjdələmişdir.

 

HZ. MEHDİNİN (Ə.S.) VƏ DƏCCALIN ZÜHURLARI. Qiyamətə yaxın zamanda HZ. MEHDİ (Ə.S.) ADLANAN MÜSƏLMAN SƏRKƏRDƏ ÇIXACAQ və müsəlmanların imanlarını yeniləyib, yer üzündə geniş yayılmış zülm və təcavüzləri aradan qaldırıb yerinə haqq və ədaləti yerləşdirəcək. Bir çox hədis və əqidə kitablarında açıq şəkildə ifadə edildiyi kimi, hz. Mehdinin (ə.s.) çıxışının ardınca dəccal adlanan bir sərkərdə çıxacaq, rəhbərliyi altında yetmiş döyüşçü ilə islami fəaliyyəti dayandırmaq üçün hərəkətə keçəcək və nəticədə müsəlmanlarla vuruşacaq, əvvəlcə, nə qədər qələbə çalsa da, sonda məğlub olacaq.

 

 

HZ. İSA (Ə.S.) ALLAHIN ƏMRİLƏ GÖYƏ QALXDIĞI KİMİ, QİYAMƏTƏ YAXIN ZAMANDA YENƏ ALLAHIN ƏMRİLƏ YER ÜZÜNƏ ENƏCƏK VƏ İSLAM ƏDALƏTİNİ TƏTBİQ EDƏCƏK. İmanı zəif olan bunu qeyri-mümkün hesab edə bilər. Lakin Allahın qüdrətinə isnad etdikdə, bu, çox asandır. (Böyük Şafii elmihalı, Halil Günenç, əlavəli 2-ci nəşr, səh. 23)

 

 

 

Maliki məzhəbində hz. Mehdi (ə.s.) inancı


Maliki məzhəbində də Hz. İsanın (ə.s.) gəlişi əsas inanclardandır. İmam Malikin “Əl-Muvatta” əsərində hz. İsanın (ə.s.) ikinci dəfə yer üzünə gəlməsinə və hz. Mehdinin (ə.s.) zühuruna diqqət çəkilmişdir. (Əl-Muvatta, İmam Malik, 2-ci cild)

 

İbn Ömər (r.ə.) rəvayət edir: “Xeyr, Allaha and olsun, Rəsulullah (əleyhissalatu vəssəlam) HZ. İSANIN (Ə.S.) QIZIL ÇÖHRƏLİ OLDUĞUNU DEMƏYİB.
Ancaq bunu deyib: “Mən bir dəfə yatmışdım. Yuxuda Beytullahı təvaf edirdim. O ƏSNADA DÜZ SAÇLI, QUMRAL BƏNİZLİ, BAŞINDAN SU AXAN VƏZİYYƏTDƏ İKİ NƏFƏRİN ORTASINDA GEDƏN BİRİNİ GÖRDÜM. “Bu kimdir?” -dedim. “MƏRYƏMİN OĞLU!” -dedilər”. (Buxari, Tabi 33, 11, Enbiya, 42, Libas 68, Fiten 26, Muslim, İmam 275,169); Muvatta, Sifatu’n-Nebi 2, (2, 920. *1673)

 

 

Hənbəli məzhəbində hz. Mehdi (ə.s.) inancı


Hənbəli məzhəbinin banisi Əhməd ibn Hənbəl əsərlərində hz. İsanın (ə.s.) gəlişini, dəccalı fikrən öldürəcəyini qəbul edir. Axırzaman əlamətləri ilə bağlı çox maraqlı məlumatlar verir. Əhməd ibn Hənbəl dəccalın şərindən iztiazə ilə (Allaha sığınaraq) hədisləri nəql edərək axırzamanda zühur edəcəyini və hz. İsa (ə.s.) tərəfindən fikrən öldürüləcəyini qəbul edir. (İslam əqaidinin üç şəxsiyyəti, Dr. Yusuf Şevki Yavuz, səh. 49)


 

Peyğəmbərimiz (s.ə.v.) hz. Mehdinin (ə.s.) bütün məzhəbləri aradan qaldıraraq dini, əslində, əvvəlki vəziyyətinə qaytaracağını bildirmişdir.
Hz. Mehdinin (ə.s.) mühüm xüsusiyyətləri arasında ən böyük mücəddid (hər əsrin əvvəlində dini həqiqətləri dövrün tələbinə görə öyrədən böyük İslam alimi) və ən böyük müctəhid (ehtiyac olduqda ayələrdən hökm çıxaran böyük İslam alimi) vəsfləri də var. Bu vəsfə malik böyük şəxslər İslam topluluqlarına nümunə olmuş, yol göstərmiş, zamanın mənəvi lideri olmuş öndərlərdir. Bu öndərlərdən bəziləri ictihad etmə (üsuluna uyğun olaraq Quran və hədislər vasitəsilə hökm çıxarma) və hökm vermə vəsflərinə görə məzhəb öndərləri olmuş, müsəlmanlar da onlara tabe olmuşdur. Bu müctəhid və mücəddidlərdən ən böyükləri isə hz. Mehdi (ə.s.) olacaq. Bu da hz. Mehdinin (ə.s.) ictihad edən (üsuluna uyğun olaraq Quran və hədislər vasitəsilə hökm çıxarma) və hökm verən səlahiyyətli şəxs  kimi bütün məzhəbləri aradan qaldıracağını göstərir. Çünki ən böyük məzhəb imamı olduğuna görə, digər bütün məzhəbləri ləğv etməlidir. Dövründə hər kəsin ona tabe olacağını bildirilməsi də bunu təsdiq edir. İslam tarixinin ən böyük alimlərindən biri olan Muhyiddin Ərəbi isə “Fütühatül-Məkkiyyə” adlı əsərində bu barədə belə məlumat verir:

 

“… MEHDİ (Ə.S.) DİNİ PEYĞƏMBƏRİN (S.Ə.V.) ZAMANINDA OLDUĞU KİMİ, EYNİLƏ TƏTBİQ EDƏCƏK. YER ÜZÜNDƏKİ MƏZHƏBLƏRİ ARADAN QALDIRACAQ. XALİS, HƏQİQİ DİNDƏN BAŞQA HEÇ BİR MƏZHƏB QALMAYACAQ”. (Muhəmməd bin Rəsul əl-Hüseyn əl-Bərzənci, Qiyamət əlamətləri, səh. 186-187)

 

Dəyərli İslam alimi Hüseyn Hilmi İşıq da “Səadəti-əbədiyyə” adlı əsərində hz. Mehdinin (ə.s.) bu xüsusiyyətini belə xəbər vermişdir:

 

“HƏZRƏTİ MEHDİ AXIRZAMANDA DÜNYAYA GƏLƏCƏK. RƏSULULLAHIN (S.Ə.V.) NƏSLİNDƏN OLACAQ. İSA ƏLEYHİSSALAMLA GÖRÜŞƏCƏK, MƏZHƏBLƏRİ ARADAN QALDIRACAQ, SADƏCƏ, ONUN MƏZHƏBİ QALACAQ”. (H. Hilmi Işık, Saadeti-Ebediye, səh. 35)


Hz. Mehdi (ə.s.) ilə bağlı hədislərin dörd böyük əhli-sünnə məzhəbində (Hənəfi, Hənbəli, Maliki, Şafii) olduğunu açıqlayan əhli-sünnə alimləri çoxdur:

 

Hz. Mehdi (ə.s.) haqqında çox hədis var. Şiəlikdə Peyğəmbərimizdən (s.ə.v.) və əhli-beyt imamlarının hamısından hz. Mehdi (ə.s.) haqqında hədislər nəql edilmişdir. Əhli-sünnənin də Rəsulullahdan (s.ə.v.) nəql etdikləri hədislər təvatür dərəcəsindədir və onlardan öndə gələnlərinin böyük hissəsi buna şahidlik edib.