Müsəlmanların bir-biriləri ilə döyüşü.

... Fikirlər ayrılmadıqca, öz qardaşlar dində ixtilafa düşmədikcə qiyamət qopmaz. (Qiyamət Əlamətləri, s. 142-143)

 

Hz. Əbu Hureyre (r.ə.) izah edir: Rəsulullah (s.ə.s.) buyurdu: “Müsəlmanlardan iki qrup aralarında döyüşmədikcə qiyamət qopmaz. Bunlar aralarında böyük bir döyüş edərlər, lakin iddiaları birdir.” (Buxari, Fitən: 24, Mənakib: 25, İstitabə: 8; Müslim, İman: 248, Fitən: 17)

 

Peyğəmbərimiz (s.ə.s.) 1400 il əvvəl bildirdiyi bu hədislərində indiki vaxtda yaşanacaq olan bəzi hadisələrə diqqət çəkmişdir. Necə ki hədislərdə xəbər verildiyi kimi Hicir 1400 illərin başından etibarən bəzi müsəlman ölkələr arasında döyüş və qarşıdurmalar yaşanmışdır. İran-İraq döyüşü, İraqın 1990-cı ildə Küveyti işğalı bunlara nümunədir.