Müsəlmanların müsəlman olmayanlara meyl etməsi.

(Axır zamanda) Sizdən əvvəlki millətləri qarış-qarış, arşın-arşın izləyəcəksiniz, hətta onlar (yəhudi və xristianlar) kərtənkələ dəliyinə girsələr, siz də girəcəksiniz. 
(Ölüm qiyamət və diriliş, s. 470)

 

 

"Nəfsim yeddi  qüdrətində olan şəxsə and içərəm ki siz də özünüzdən əvvəlki (Yəhudi-Xristian) millətlərin yoluna mütləq riayət edəcəksiniz" (Tirmizi)

 

Peyğəmbər Əfəndimiz (s.ə.v)-in hədislərində, axırzamanda müsəlman cəmiyyətlərin müsəlman olmayan cəmiyyətlərə bənzəməyə çalışacaqları ifadə edilmişdir. Bu hədisin, bəzi müsəlman cəmiyyətlərdə din əxlaqına uyğun olmayan ideologiya və cərəyanların yayılmasına işarə edir.  Osmanlı imperatorluğu dağıldıqdan sonra başda bəzi ərəb ölkələri olmaqla  İslam dünyasında radikal milliyyətçiliyin yayılması buna nümunədir. Radikal milliyyətçilik, digər millətləri sanki düşmən olaraq görən, öz millətinə olan sevgisini və bağlılığını digər millətlərə zərər verməyə  gətirib çıxaran və din əxlaqına uyğun olmayan bir istiqamətdir.  

Halbuki Quran əxlaqı, insanların bir-birlərinə irqlərinə, soylarına və ya maddi bəzi imkanlarına görə deyil, imanına və Allah qorxusuna görə dəyər verməyi, sevməyi və hörmət etməyi tələb edir. İman edənlər, hansı irq və ya millətdən olursa olsun bir-birlərinin qardaşıdır və bu şüurla həmrəylik içində olmalıdırlar.