Hikməti və nitqi çox güclüdür.

Onlar Bizim kitab, hökm və peyğəmbərlik verdiyimiz kimsələrdir. (Ənam surəsi, 89)

Allah müxtəlif qövmlərə təbliğ etmək, onları qorxudub xəbərdar etmək üçün göndərdiyi peyğəmbərlərinə eyni zamanda hikmət də vermişdir. Hikmətli izahlar, məqsədli danışıqlar, yaxşını əmr etmək və pis işdən uzaqlaşdırmaq bütün peyğəmbərlərin ortaq xüsusiyyətləridir. Quranın bir çox ayəsində də peyğəmbərlərin hər birinə ayrı-ayrılıqda verilən hikmətə də diqqət çəkilir. Məsələn, Hz. Davud üçün “...biz onun mülkünü (səltənətini) möhkəmləndirmiş, ona hikmət (peyğəmbərlik) və (haqla batili ayırd edib) düzgün hökm vermək qabiliyyəti bəxş etmişdik.”(Sad surəsi, 20). Hz. Yəhya üçün, “... biz uşaq ikən ona hikmət (Allah kəlamının incəliklərini anlamaq, peyğəmbərlik) verdik.” (Məryəm surəsi,120). Hz. Musa üçün, ...(Musa) yetkinləşib kamilləşəndə (otuz-qırx yaşlarına çatanda) ona hikmət və elm (şəriət elmi) verdik.”(Qəsas surəsi, 14). Hz. Loğman üçün, "And olsun, Loğmana "Allaha şükr et" deyə hikmət verdik..." (Loğman surəsi, 12). Hz. İbrahim üçün, "...biz İbrahim övladına da kitab və hikmət vermişdik və onlara böyük mülk (hökmranlıq) bəxş etmişdik.”(Nisa Surəsi, 54) belə bildirilmişdir.

Allah istədiyi şəxsə hikmət (elm, mərifət, müdriklik) bəxş edər. Kimə hikmət bəxş edilmişsə, ona çoxlu xeyir (əbədi səadət) verilmişdir. (Bəqərə surəsi, 269) ayəsində bütün peyğəmbərlərin hikmət verilərək mükafatlandırıldığı bildirlir.

Hz. İsanın Allahın bir elçisi olaraq hikmətlə mükafatlandırıldığına və bunu öz qövmünə də bildirməyinə Quranda belə diqqət çəkilmişdir:

 

Allah belə buyuracaq: “Ya Məryəm oğlu İsa! Sənə və anana nemətimi yadına sal. O zaman səni müqəddəs ruhla qüvvətləndirmişdim. Sən beşikdə olanda da, yetkin çağında da adamlarla danışırdın. Sənə kitabı (yazıb-oxumağı), hikməti, Tövratı və İncili öyrətmişdim. (Maidə surəsi, 110)

 

Bu ayələrdən Hz. İsanı tanımaq üçün bir başqa əlamətin də onun edəcəyi "hikmətli, məqsədli və çox təsirli danışıqlar" olduğu aydın olur. Digər bütün mövzularda olduğu kimi hikmətli danışıq da peyğəmbərlərə məxsus diqqət çəkən bir xüsusiyyətdir. Quranı özlərinə rəhbər edən möminlər Hz. İsanın danışıqlarının da digər bir ayədə də ifadə edildiyi kimi "daha nələr” (Kəhf surəsi, 91) gizli məlumatları əhatə etdiyini və bunun ancaq Allahın seçdiyi elçilərə xas olduğunu başa düşərlər.

Göstərdiyi ağıl, qoyduğu diaqnozlar, tapdığı çarələr həmişə çox dəqiq olacaq, Allahdan xüsusi olaraq verilmiş bir hikmətin açıq-aşkar əlamətlərini göstərəcək. Beləcə, üstün şəxsiyyəti və ağlı aydın şəkildə görsənəcək.