Hz. Mehdi (ə.s) axırzamanda iman edənlərin öndəri olacaq.

Əbu Abdullah (İmam Cəfər-i Sadiq (ə.s.)) buyurdu ki:
"Ey Hişam! Mənə Əmr bin Ubeydə nə etdiyini və ona necə bir sual soruşduğunu xəbər ver. Hişam (Ümumi bu sual üzərinə Əmr bin Ubeyd ilə aralarında keçən dialoqu izah etdi) dedi ki: Yoxsa Allah; ürəyi, bədənin digər orqanlarının şübhələriniaradan qaldırmaq üçün var etmişdir?
(Əmr bin Ubeyd) Dedi ki: "Bəli!" Hişam dedi ki: "Allah Təala sənin bədəninin orqanlarını öz başlarına buraxmamış, onlara doğrunu bildirən, şübhəli şeylərlə əlaqədar qəti inamı ortaya qoyan bir imam var etmişdir. Bunu edən Allah, bütün insanları, qarışıqlıqlar, şübhələr və ixtilaflar içərisində buraxarmı? Onlar üçün müraciət edəcəkləri, şübhələri üçün həll yolları axtaracaqları, qarışıqlıqlarını aradan qaldırması üçün sığınacaqları bir İmam təyin etməz mi? Sənin orqanlarının qarışıqlığını və şübhələrini aradan qaldırmaq üçün müraciət edəcəyi bir imam təyin edərkən, bütün insanları qarışıqlıq və şübhələr içərisində unudarmı?
Əbu Abdullah (İmam Cəfər Sadiq[ə.s.]),güldü və belə dedi: "Ey Hişam! Bunları sənə kim öyrətdi? Dedim ki: "Bunları səndən öyrənərək bir araya gətirdim. İmam buyurdu ki: "Allaha and içərəm ki bu, İbrahim və Musanın suhuflarında yer alan gerçəklərdir."
 (Üsulu kafi, Yaqub ibnİshak Əl Kuleyni, cild 1, Səhifə 229)