İslam əxlaqından uzaqlaşdıran fitnələr.

.. "O dövrdə xalqı cəhənnəm qapılarına çağıracaq olan bəzi dəvətçilər (təbliğatçı çığıranlar) olacaq. Hər kim o çığıranların dəvətinə razılıq etsə, onu cəhənnəmə atacaqlar." "Ya Rəsulullah, o dəvətçilər zümrəsinin xüsusiyyətlərini bizə bəyan edin" "Yaxşı edim, onlar bizim millətimizdən olub,  bizim dilimizlə danışan bir zümrədir", buyurdu. (ölüm-qiyamət-Axirət və Axırzaman Əlamətləri, s. 382, nömrə. 698)

 

Kor və kar (yəni insanları, doğru olanı görməsindən kor,haqq olan sözü eşitməsindən kar edən) böyük bir fitnə, ulu bir bəla vardır. Fitnənin içində də xalqı cəhənnəm qapılarına doğru çağıran bəzi dəvətçilər (təbliğatçılarvə çığıranlar) da vardır. (ölüm-qiyamət-Axirət və Axırzaman Əlamətləri, s. 380, nömrə. 696)

 

Yaxın gələcəkdə kor, kar və dilsiz (yəni insanları kor) edib doğrunu göstərməyən, kar edib haqq olanı eşitdirməyən və dilsiz (edib) haqq sözləri danışdırmayan bəzi qorxunc fitnələr olacaq... Fitnə həngaməsində dilin fitnəyə qarışması və təbliğat etməsi qılınc zərbəsi kimi onun yayılmasını təmin edər. (ölüm-qiyamət-Axirət və Axırzaman Əlamətləri, s. 390, nömrə. 720)

 

Hədislərdə göründüyü kimi Peyğəmbərimiz (s.ə.v.) axır zamanda dinsizlik və əxlaqsızlıq təbliğatı ilə məşğul olan insanlar olacağını xəbər vermişdir.Hal-hazırda ölkələrin bir qisiminin əxlaqi və ictimai quruluşuna baxdığımızda, bu xəbərin reallaşdığını açıq şəkildə görürük.

Xüsusi ilə,inkişaf edən ünsiyyət vasitələri ilə indiki vaxtda sıx şəkildə icra edilən bu təbliğat bir çox insanı din əxlaqından uzaqlaşdırır.

Bəhs edilən fitnənin kar edib eşitdirməməsi və danışdırmaması bir çox ölkədə iqtidarda olan təzyiqçi rejimləri də ağıla sığacaq bir şeydir.

Bu rejimlər fikir və düşüncə azadlığını təzyiq altına alır, insanların düşüncələrini, inanclarını dilədikləri kimi ifadə etmələrinə maneə törədir. Xüsusi ilə, bəzi Ərəb və Afrika ölkələrində, Müsəlmanların düşüncələrini azad ifadə edə bilməmələri, inanclı olduqları üçün təzyiq altına alınmaları bu vəziyyətin nümunələridir.

Bir də yurdlarından rifahdan azğınlaşıb (nankorlaşıb) - azdıraraq, insanlara özlərini göstərərək  çıxanlar və (xalqı) Allahın yolundan döndərənlər kimi olmayın. Allah, onların etdiklərindənxəbərdardır. (Ənfal Surəsi, 47)