Axırzaman və Qızıl dövr.

Peyğəmbərimizdən (s.ə.v.) rəvayət olunan hədislərdə axır zamanın və Qızıl dövrün əlamətləri geniş şəkildə xəbər verilmişdir. İndiki dövrdə baş verən hadisələri bu əlamətlərlə müqayisə etdikdə, axır zamanın içində yaşadığımız dövr olduğunu göstərən və eyni zamanda Qızıl dövrün gəlişini müjdələyən bir çox işarələr görmək mümkündür.

Axır zamanın başlanğıcı hədislərdə, fitnələrin çoxalacağı, müharibələrin artacağı, bütün dünyada əxlaqi çöküşün baş verəcəyi xaos mühiti kimi xarakterizə edilir.  Dünyanın hər yerində təbii fəlakətlər olacaq, yoxsulluq heç bir dövrdə olmadığı qədər artacaq, cinayətlər və qırğınlar bir-birini izləyəcək. Ancaq bu, axır zamanın yalnız ilk mərhələsidir; ikinci mərhələdə Allah, Hz. İsanı (ə.s.) yenidən dünyaya göndərərək, Hz. Mehdi (ə.s.) vasitəsi ilə insanlığı bu xaos mühitindən qurtaracaq.

Əlbəttə burada sadalanan hadisələr tarix boyuncadəfələrləyaşanmışdır. İnsanlıq tarixi boyunca müharibələr, təbii fəlakətlər ya da zəlzələlər baş vermişdir. Əxlaqi degenerasiya hər dövrdə fərqli cəmiyyətlərdə mövcud olmuş, yoxsulluqvə aclıq dünyanın dörd bir tərəfində əsrlərboyudavam etmişdir. Axır zaman əlamətlərini bu hadisələrdən ayıran fərqli cəhət,bu əlamətlərin hamısının müəyyən zamanda və eyni dövr içində, bir-birinin ardınca və hədislərdə ifadə edilən bəzi xüsusi şəkillərdə reallaşmasıdır. Burada həmçininmüjdələnməlidir ki,Peyğəmbərimizin(s.ə.v.) hədislərində izah etdiyibu xaos yalnız keçici dövr olaraq yaşanacaq və Qızıl dövrün başlanğıcıiləbudövr sona çatacaq.

Qızıl dövr, müharibə və qarşıdurmaların sona çatdığı, insanlığa böyük bəlalar gətirən dinsiz ideologiyaların çökdüyü, dünyanın hər yerində bolluq və bərəkətinolduğu, ədalətin tam mənası ilə yaşandığı bir dövr olacaq. İslaməxlaqı bütündünyayayayılacaq, insanlaraxın-axındinəxlaqını yaşamağayönələcəklər.

İslaməxlaqınınbuböyükhakimiyyəti, yuxarıda da vurğuladığımızkimiPeyğəmbərimizin(s.ə.v.) bəzihədislərində Hz. Süleyman (ə.s.) və Hz. Zülkarneynin (ə.s.) dünya hakimiyyətlərinə bənzədilərək təsvir edilmişdir. Böyük İslam alimi İmam Rəbbani də məşhur əsəri Məktubatda, Hz. Mehdinin (ə.s.) Hz. Süleyman (ə.s.) və Hz. Zülkarneyn (ə.s.) kimi dünyaya İslam əxlaqını hakim edəcəyini bildirən hədislərə yer vermişdir. Bu hədislərin birində belə deyilir:

Bütün dünyanın hökmdarı dörd nəfərdir. Onların ikisi möminlərdən, ikisi də kafirlərdəndir. Zülkarneyn və Süleyman möminlərdəndir. Nemrud və Buhtunnasır isə kafirlərdəndir. BEŞİNCİSİ ƏHLİ BEYTİMDƏN BİRİ OLACAQ.

Yəni Hz. Mehdi.

(Məktubatı Rəbbani, 2/251)

Peyğəmbərimizin (s.ə.v.) hədisində də bildirildiyinə görə, bu günə kimi müsəlmanlardan İslam əxlaqını hakim edən iki mübarək şəxs, Hz. Zülkarneyn (ə.s.) və Hz. Süleyman (ə.s.)dır. Allahın izni ilə dünyaya hakim olacaq üçüncü müsəlman isə,hədisdəxəbər verilən Hz. Mehdidir. Hz. Zülkarneyn (ə.s.) və Hz. Süleymandakı(ə.s.) bu xüsusiyyətlər, eyni şəkildə Hz. Mehdidə(ə.s.)də olacaq.