Qızıl əsr müjdəsi.

Peyğəmbərimiz (səv) 1400 il əvvəl axırzamanda, yəni yaşadığımız bu dövrdə baş verəcək hadisələri çox ətraflı şəkildə bildirmiş və bu dövrü hərtərəfli tərif etmişdir. Axırzamanda insanların Quran əxlaqından uzaqlaşacağı bir dövr olacağını, dünya səviyyəsində böyük tənəzzül, fitnə, müharibə, qarışıqlıq və degenerasiya baş verəcəyini xəbər vermişdir. Peyğəmbərimizin (sav) hədislərinə bildirildiyi kimi, Allah bu dövrdə Hz. İsa (a.s.) və Rəbbimizin Hadi (hidayət verən) sifətini daşıyan Hz. Mehdini (a.s.) göndərəcəkdir. Hz. İsa (a.s.) və Hz. Mehdinin (a.s.) zühurunun baş verəcəyi bu mübarək dövrdə inkarçı fəlsəfə və ideologiyalar tamamilə aradan qalxacaq və dünyanın hər tərəfində davam edən zülm və qarışıqlıq tamamilə sona çatacaq. Hz. İsa (a.s.) və Hz. Mehdi (a.s.) dövründə Allah inancı Peyğəmbərimiz (sav)-in dövründəki kimi yaşanacaq, Quran əxlaqı insanlar arasında hakim olacaq və bütün dünya hüzur və sülh məkanına çevriləcək. Yer üzündə müharibə və qarşıdurma baş verməyəcək, bütün silahlar aradan götürüləcək, bircə şəxsin belə burnu qanamayacaq. Keçmişdə yaşanan əxlaqsızlıqlar, təzyiqlər, zülmlər, yoxsulluq, ədalətsizlik və degenerasiya bu mübarək dövrdə aradan qalxacaq, hər cür sıxıntının yerini bərəkət, bolluq, zənginlik, xeyir, sülh və hüzur alacaq. Texnologiyada çox böyük irəliləyişlər olacaq və bunlar bütün insanların xeyri və rahatlığı üçün istifadə ediləcəkdir. İncəcənət və estetika sahəsi də də çox inkişaf edəcək, bu dövr Uca Rəbbimizin iznilə “Qızıl Əsr” adlanacaq.

 

Rəbbimiz bu dünyada imtahan üçün bütün gözəlliklərlə bərabər onların əksi olan mənfi gücləri də yaradır. Hər dövrdə peyğəmbərlərin və iman gətirənlərin qarşısında əks-güclər, yəni inkar edənlər çıxmış və bunlar Allah inancına və gözəl əxlaqa qarşı mübarizə aparmışlar. Bu, Allahın qanunudur. Hz. Musa dövründə Fironun, Hz. İbrahim dövründə Nəmrudun, Hz. Muhamməd (sav) dövründə Əbu Ləhəbin və Məkkəli müşriklərin mövcud olması bu İlahi qanunun təzahürüdür. Peyğəmbərimizin (sav) hədislərində xəbər verildiyi kimi Hz. İsaın (a.s.) nüzulunun və Hz. Mehdinin (a.s.) zühurunun gözlənildiyi axırzamanda ortaya çıxacaq mənfi güc isə “dəccal” olacaq.

 

Peyğəmbərimizin (sav) hədislərində bildirilən axırzaman əlamətlərinin demək olar ki, hamısı hicri 1400-cü il tarixi etibarilə, yəni məhz Peyğəmbərimizin (sav) xəbər verdiyi dövrdə həyata keçmişdir. Yüzlərlə əlamətin çıxması axırzamanın yaşadığımız dövr olduğunu göstərən və eyni zamanda Qızıl Əsrin çox yaxın olduğunu müjdələyən çox mühüm məlumatdır. Yaşadığımız axırzamanda dəccalın fitnəsi də özünü göstərmişdir. Kütlələri dinsizliyə sürükləyən, dünyaya qırğınlar, müharibələr gətirən, cəmiyyətləri degenerasiyaya, anarxiyaya, tənəzzülə və cinayətlərə sövq edən dəccalın bu böyük fitnəsi Darvinizmdir. Darvinizm heç bir elmi əsası olmadığı halda 150 il ərzində cəmiyyətlərə təkidlə hakim edilmiş, insanlar bu böyük yalanla kütləvi şəkildə aldadılmış, bəzi cəmiyyətlər darvinist ideologiyanı əsas tutaraq müharibələrə, soyqırımlara, terrora, anarxiyaya sürüklənmişdir. Dəccaliyyət Darvinizm fitnəsilə bütün dünyaya yayılmış, heç bir elmi dəlilə əsaslanmamasına baxmayaraq saxta iddialar və dəlillərlə bəzi dövlətlərin rəsmi müdafiəsinə sığınmışdır. Darvinist ideologiya axırzamanın ən böyük fitnəsi olması səbəbilə qısa müddət ərzində saxta uğurlar əldə etmiş, bu günə qədərki ən böyük yalan kimi tarix səhifələrində yerini almışdır.

 

Ancaq, əlbəttə, hər böyük fitnə kimi dəccalın bu böyük fitnəsi də məhv olmaq üzrədir. Axırzamanın müqəddəs dövrü Qızıl Əsr dəccalın fitnəsinin sona çatdığı, müharibələrin və qarşıdurmaların bitdiyi, bəşəriyyətə böyük bəlalar gətirən dinsiz ideologiyaların tarixin qaranlıqlarına gömüldüyü və dünyanın bolluq, bərəkət və ədalətlə dolub-daşdığı bir dövr olacaq. Bu dövrdə İslam əxlaqı bütün dünyaya yayılacaq, insanları axın-axın Allah inancına yönələcəklər. Bu müqəddəs dövr çox yaxındır. Peyğəmbərimizin (sav) hədislərinə əsasən Hz. Mehdi (a.s.) zühur etmişdir. İnsanlar tərəfindən tanınacağı vaxt çox yaxındır. Hədislərdən başa düşüldüyü kimi Hz. İsanın (a.s.) nüzulu da çox yaxın vaxtda həyata keçəcəkdir. Dünya səviyyəsində dəccal sisteminin ən böyük fitnəsi olan Darvinizm isə məğlub olub. Dəccal artıq ölüb. Bizə çox yaxın olan Qızıl Əsrin bərəkət və bolluğu, hüzur və təhlükəsizliyi Allahın iznilə bütün bəşəriyyətə hakim olacaq, bütün dünyaya yayılacaq. Uca Rəbbimiz bir ayəsində belə buyurur:

 

Allah (lövhi-məhfuzda): “And olsun ki, Mən və peyğəmbərlərim qalib gələcəyik!” - deyə yazmışdır. Həqiqətən, Allah yenilməz qüvvət sahibi, qüdrət sahibidir!

Ancak elbette her büyük fitne gibi, deccalin bu büyük fitnesi de yıkılıp yok olmak üzeredir. Ahir zamanın kutlu dönemi Altın Çağ, deccalin fitnesinin sona erdiği, savaşların ve çatışmaların son bulduğu, insanlığa büyük belalar getiren dinsiz ideolojilerin tarihin karanlıklarına gömüldüğü ve dünyanın bolluk, bereket ve adaletle dolup taştığı bir dönem olacaktır. Bu dönemde İslam ahlakı tüm dünyaya yayılacak, insanlar akın akın Allah inancına yöneleceklerdir. İşte bu kutlu dönem çok yaklaşmıştır. Peygamberimiz (sav)'in hadislerine göre, Hz. Mehdi (a.s.) zuhur etmiştir. İnsanlar tarafından tanınacağı vakit pek yakındır. Yine hadislerden anlaşıldığı üzere Hz. İsa (a.s.)'ın nuzülü de çok yakın bir zamanda gerçekleşecektir. Dünya çapında deccal sisteminin en büyük fitnesi olan Darwinizm ise, tarihinin en büyük yenilgisini almıştır. Deccal artık ölmüştür. Çok yaklaştığımız Altın Çağ'ın bereket ve bolluğu, huzur ve güvenliği Allah'ın izniyle tüm insanlığa hakim olacak, tüm dünyayı sarıp kuşatacaktır. Yüce Rabbimiz bir ayetinde şöyle buyurur:

 

Allah: “And olsun ki, Mən və peyğəmbərlərim qalib gələcəyik!” - deyə yazmışdır. Həqiqətən, Allah yenilməz qüvvət sahibi, qüdrət sahibidir! (Mücadələ surəsi, 21)