Allahın qoruması altında olacaq.

And olsun ki, peyğəmbər bəndələrimiz haqqında əvvəlcədən (lövhi-məhfuzda) bu sözümüz deyilmişdi: “Onlar mütləq qalib gələcəklər. Bizim əsgərlərimiz (möminlər) labüd olaraq (kafirlərə) zəfər çalacaqlar!” (Saffat surəsi, 171-173)

 
Allah hər zaman elçilərini digər insanlardan üstün etmişdir. Tarix boyu göndərilən hər peyğəmbər Allahın köməyi ilə düşmənləri qarşısında qələbə qazanmış, onların qurduqları tələlərdən qorunmuşdur. Aldıqları hər qərar, tətbiq etdikləri hər üsul həmişə xeyirlə və müvəffəqiyyətlə nəticələnmişdir. Rəbbimiz də onları hər vəziyyətdə dəstəkləmişdir.

Bu səbəbdən Allahın elçisi Hz. İsanı gözləyən möminlər üçün yol göstərən başqa bir əlamət də onun hər işinin müvəffəqiyyətlə nəticələnməsi olacaq. Belə ki, verdiyi hər qərar, tətbiq etdiyi hər üsul özü və ətrafındakı möminlər üçün xeyirli nəticələr verəcək. Hətta ilk baxışda mənfi kimi görünən hadisələr də bir müddət sonra müsbət bir vəziyyətə çevriləcək. Hz. İsanın verdiyi bütün qərarların ən doğru, ağıla ən uyğun olduğunu bu hadisələr isbat edəcək. Çünki, Allah Quranda elçilərinin hər nə olursa olsun bütün çətinliklərə baxmayaraq üstün gələcəklərini, onları köməyi ilə dəstəkləyəcəyini vəd etmişdir.

Allahın bu vədi ilə qərar verdiyi hər işdə Hz. İsanın əldə edəcəyi müvəffəqiyyət və bərəkət həm düşmənlərinin, həm də yanındakı inananların diqqətini çəkəcək qədər açıq şəkildə olacaq. Düşmənləri də bu vəziyyətin fövqəladəliyini görəcək ancaq bunun Allahdan gələn bir kömək olduğunu qəbul edə bilməyəcəklər. Hər işinin müvəffəqiyyətli olduğuna, atdığı hər addımın doğru olduğuna bir məna verə bilməyəcəklər. Çünki, onların məqsədi “özləri kimi bir bəşər” olaraq gördükləri bu mübarək insana qalib gəlməkdir. “Lakin Sonra peyğəmbərlərimizi və iman gətirənləri xilas edərik. Möminləri (verdiyimiz vədə əməl edərək) belə xilas etmək Bizə vacibdir.” (Yunus surəsi, 103)ayəsində də bildirildiyi kimi Allah bu mövzuda etdikləri hər şeyi nəticəsiz çıxaracaq və elçisinə kömək edəcək. Ona qurulan tələlər, aparılan mübarizələr heç bir zaman müvəffəqiyyətli bir nəticəyə çata bilməyəcək.