Hz. Mehdi (ə.s) insanları Qurana dəvət edəcək, həqiqi ədalətin təmin edilə biləcəyini onlara ğyrədəcək.

Onlar hidayətə qarşı nəfslərinətabe olmaq istədiklərində O da (Hz. Mehdi (ə.s.) nəfsə qarşı hidayətə uyğun gəlməyi istəyəcək. Onlar Qurana qarşı nəfslərini istəyərlərsə, O da nəfslərinə qarşı Qurana uyğun gəlməyi istəyər. ...Döyüş hər yana yayıldığı, çoxalıb şiddətləndiyi zaman,... Əmr sahibi (Hz. Mehdi (ə.s.), onlardan pislik edən kəsləri sorğuya çəkəcək; yer üzü, içində qızıl və gümüş nə varsa çölə atacaq, sərvət və xəzinələrini ona təqdim edəcək. O DA (HZ. MEHDİ (Ə.S.) DA) ƏDALƏT NECƏ TƏTBİQ OLUNARMIŞ, ONLARA GÖSTƏRƏCƏK; KİTABA VƏ SÜNNƏYƏ TƏKRAR HƏYAT VERƏCƏK. ... (Nəhcül bəlağə, 138-ci xütbə)

 

 

Peyğəmbərimizdən (s.ə.v) rəvayət olunan bu hədisdə Hz.Mehdinin (ə.s.) zühurunun ardından dünya səviyyəsində böyük bir təsir meydana gətirəcəyi ifadə edilmişdir.Hz. Mehdi (ə.s.) tükənməyən bir okeana bənzəyən Quranı Kərimi bütün dünyaya yayacaq, Quran əxlaqını insanlar arasında mənimsədib təsirli etməyə vəsilə olacaq. Hədisdə Hz. Mehdinin (ə.s.)Quran əxlaqını dünya səviyyəsində öyrənilməsindəki müvəffəqiyyəti Rəsulullahın (s.ə.v) dilindən hər zamanki mükəmməlliyiylə ifadə edilmişdir.