Hz. Mehdi (ə.s) Quranın doğru şərh olunması üçün elmi mübarizə aparacaq.

Rəsulullah (s.ə.v.) Ammar ibn Yasirə belə buyurmuşdur:  "Onun uzun bir qeyb dövrü olacaq ki, bəzi insanlar bu dövrdə imanlarını itirəcək, digər bir qrupu isə imanlarını qoruyacaqlar. O (Hz. Mehdi (ə.s.)), axır zamanda çıxıb yer üzünü ədalətlə dolduracaq. O (Hz. Mehdi (ə.s.)), ALLAHIN KƏLAMININ ŞƏRHİ (AÇIQLAMASI) ÜÇÜN SAVAŞACAQ, necə ki mən Allahın kəlamının nazil olması üçün savaşdım. Ey Ammar... (O) xalqın mənə ən çox bənzəyəni olacaq." (Kifayet'ül Eser, İlzamün Nasib, c. 1, s. 98)

 

 

O kəslər ki, yanlarındakı Tövrat və İncildə haqqında yazılmış olduğunu gördükləri elçinin – yazıb-oxumaq bilməyən peyğəmbərin, ardınca gedərlər. O (peyğəmbər) onlara yaxşı işlər görməyi buyurar, pis əməlləri isə qadağan edər, onlara pak şeyləri halal, murdar şeyləri isə haram edər. Onların ağır yüklərini yüngülləşdirər və onları buxovlardan xilas edər. Ona iman gətirən, onu dəstəkləyən, ona kömək edən və onunla göndərilmiş nurun (Quranın) ardınca gedənlər isə nicat tapanlardır”. (Əraf Surəsi, 157)ayəsində xəbər verildiyi kimi axır zamanın dəyərli şəxsi Hz. Mehdi  (ə.s.) İslam dinini müxtəlif xurafatlar, batil inanc və səhv hökmlərdən təmizləyəcək. Peyğəmbərimizin (s.ə.v) hədislərində dini müxtəlif xurafatlarla çətinləşdirən cahil sistemin və Hz. Mehdinin (ə.s.) çətin bir mübarizəsinin olacağı bildirilmişdir. Ancaq ayədə işarə edildiyi kimi  Hz. Mehdi (ə.s.) cahil sistemin bütün reaksiyalarına baxmayaraq əslindən uzaqlaşdırılmış din əxlaqını əslinə qaytaracaq, İslam dininin asanlığı və gözəlliyini xatırladacaq, beləcə insanların Quran əxlaqına görə yaşamalarına vəsilə olacaq.