Quraqlığın olması.

“Dəccalın çıxmasından  əvvəl  göy üzü üç il yağışını saxlayacaq. Birinci ildə normal yağışın üçdə birini saxlayıb üçdə ikisini yağdıracaq. Yer üzü bitkisinin üçdə birini cücərdə bilməyəcək. İkinci ildə göy üzü normal yağışın üçdə ikisini yağdırmayacaq. Yer üzü də bitkisinin üçdə ikisini cücərtməyəcək. Üçüncü ildə isə göy üzü yağışının hamısını kəsəcək, yer üzü də bitkisinin heç birini cücərtməyəcək.” (Ebu Davud, İbni Mace, Taberani; Geleceğin Tarihi 3, səh. 241)

Hədisdə xəbər verildiyi kimi yer üzündə yaşanacaq olan quraqlıq Dəccalın çıxışından əvvəl reallaşacaq hadisələrdən biridir. Hansı ki, hal-hazırda qlobal istiləşmə üzündən quraqlıq dünyanın bir çox ölkəsinə təsir etmdir. Birləşmiş Millətlərin 2001-ci il tarixində nəşr etdiyi bir hesabatda aşağıdakı xəbər, vəziyyətin ciddiliyini açıq aşkar göstərir:

 

'Aclıq əsri' qapımızda Qlobal istiləşmənin səbəb olduğu iqlim dəyişiklikləri, XXI əsri 'aclıq əsri' edəcək. İnsanlığı bəlkə ən çox hədələyən  qlobal istiləşmənin təhlükəli ölçüləri XXI əsrdə özünü göstərəcək. Birləşmiş Millətlərin (BM) nümayiş etdirdiyi son hesabatda elm adamları, qlobal istiləşmənin XXI əsri eyni zamanda 'aclıq əsri' də edəcəyini gözlər önünə sərdi. Hesabatda göstərilən məlumatlara görə, qlobal istiləşmə Asiyada əkinçilik məhsullarının istehsalında azalmaya səbəb olacaq...

 

Hesabatda, qlobal istiləşmə nəticəsində yağmurların azaldığı, çöllərin gənişləndiyi, bəzi bölgələrdə yağmurların sellərə gətirib çıxardığı və əkinçilik məhsullarının azaldığı ifadə olunur.

 

Quraqlıq mövzusunda son illərdə qəzetlərdə yer alan xəbərlərdən bəziləri isə xülasəylə belədir:

 

Hər il 100 milyon hektar məhsuldar sahə yox olur

 

Çölləşmənin, 110 ölkədə bir milyarddan çox adamı hədələdiyi vurğulanarkən, daha çox gecikmədən, təsirli bir mübarizə proqram tətbiq olunması lazımdır.

 

Amerikanın qərbi, quraqlıq təhlükəsi altında

 

Qlobal istiləşmə üzündən Amerika qitəsinin qərb hissəsinin ciddi bir quraqlıq təhlükəsi altında olduğu bildirildi.

 

'2025ə qədər su qıtlığı ola bilər'

 

Dünyada 2025-ci ilə qədər insanlığın su qıtlığı ilə qarşı-qarşıya qala biləcəyi xəbərdarlığı edildi.

 

Dünyada quraqlıq həyəcanı

 

2025-ci ilə qədər susuzluqdan, dünyada hər 3 insandan birinin əziyyət çəkəcəyi ifadə olundu.