Ramazan ayında Günəş və Ay tutulmaları.

“Mehdi üçün 2 əlamət vardır ki... Bunun birincisi, ramazanın birinci gecəsi Ayın, ikincisi də ortasında Günəşin tutulmasıdır”. (Əl-qövlül-müxtəsər fi əlamətil-Mehdiyyil-müntəzər, səh. 47)

 

“Ramazanın birinci gecəsi Ay, ortasında Günəş tutulacaq”. (Qiyamət əlamətləri, səh. 199)
“Onun səltənəti dövründə ramazan ayının on dördündə Günəş tutulacaq, o ayın birincisində isə Ay qaralacaq...”. (Məktubati-Rəbbani, 380-ci məktub, 2/1163)

“Mehdinin zühurundan əvvəl bir ramazan içində Günəş iki dəfə tutulacaq”. (Ölüm-qiyamət-axirət və axır zaman əlamətləri, səh. 440)

“... Günəşin oruc ayının ortasında, Ayın isə sonunda tutulması...”. (Kitabül-bürhan fi əlamətil-Mehdiyyil-axır zaman, səh. 37)

“Ramazanda iki dəfə Ay tutulması olacaq”. (Əl-qövlül-müxtəsər fi əlamətil-Mehdiyyil-müntəzər, səh. 53)

“Mehdinin gəlişi ramazan ayında Ayın iki dəfə tutulmasına səbəb olacaq”. (Qiyamət əlamətləri, səh. 200)

Yuxarıdakı rəvayətlərdə diqqəti cəlb edən ən əhəmiyyətli nöqtələr ramazan ayının ortasında həm Günəş tutulması, həm də bir ay içində Ayın və Günəşin iki dəfə tutulmasıdır.

Əgər bu hədislərdə təsvir edilən hadisələr diqqətlə araşdırılsa, rəvayətlərdə müxtəlif fərqlərin olduğu görünər. Yuxarıdakı 1, 2 və 3-cü rəvayətlərdə Ayın ramazanın birinci günü, 4-cü rəvayətdə isə sonuncu günü tutulacağı bildirilmişdir. Bu halda eyni hadisəyə işarət edən fərqli rəvayətlərin ortaq yönləri təsbit edilməlidir. Buna görə, yuxarıdakı hədislərin cəmindən çıxan ortaq nəticələr bunlardır:

1. Ramazan ayında Ay və Günəş tutulmaları olacaq.
2. Bu tutulmalar orta hesabla 14-15 gün ara ilə olacaq.
3. Bu tutulmalar iki dəfə təkrarlanacaq.

Bu təsbitlərə uyğun 1981-ci ildə (hicri 1401-də) ramazan ayının 15-ci günü Ay, 29-cu günü də Günəş tutulmuşdur. Yenə "ikinci olaraq" 1982-ci ildə (hicri 1402-də) ramazan ayının 14-cü günü Ay, 28-ci günü də Günəş tutulmuşdur.

Bundan başqa, bu hadisədə Ayın ramazanın tam ortasında bədr (14 gecəlik ay) halında tutulması və insanların diqqətini çəkən bir əlamət olaraq meydana çıxması da çox mənalıdır.

Bu hadisələrin hz. Mehdinin digər zühur əlamətləri ilə eyni dövrdə meydana gəlməsi və hicri 14-cü əsrin əvvəllərində ard-arda iki il (1401-1402) möcüzəvi şəkildə təkrarlanması rəvayətlərin işarəsinin bu hadisələr ola biləcəyini qüvvətləndirir.