Hz. Mehdi (ə.s) heç kimin anlayıb-qavrayamayacağı bir ruh deyil.

Peyğəmbər Əfəndimizin (s.ə.v.) hədislərində və İmam Rəbbani, Cəlaləddin Suyuti, Bədiüzzaman Səid Nursi kimi böyük İslam alimlərinin izahlarında Hz. Mehdinin (ə) fiziki və əxlaqi xüsusiyyətləri, harada ortaya çıxacağı, çıxışının əlamətlərinin nələr olduğu, ona necə beyət ediləcəyi təfərrüatlı şəkildə təsvir edimişdir. MEHDİYƏTİ İZAH EDƏN MİNLƏRLƏ HƏDİSDƏ HZ. MEHDİ (ə) BİR ŞƏXS, ALLAHIN ÜSTÜN ELMLƏR VERDİYİ BİR BƏŞƏR OLARAQ BİLDİRİLİR. HEÇ BİR HƏDİSDƏ HZ. MEHDİNİN (ə) RUH OLDUĞU BİLDİRİLMƏYİB. BELƏ BİR EYHAM, BİR İŞARƏ YOXDUR.

 

1400 ildir İslam dünyasından heç kim Hz. Mehdinin (ə) ruh olaraq gələcəyini iddia etməyib. Peyğəmbərimizin (s.ə.v.) bütün xüsusiyyətləriylə xəbər verdiyi bu mübarək şəxsin gəlişini həyəcanla gözləyən təxminən 1,5 milyardlıq İslam aləmi də ruh və ya mücərrəd bir varlıq gözləmir. Bütün İslam dünyası müsəlmanların mənəvi lideri olacaq, onları birləşdirəcək Hz. İsa (ə) ilə birlikdə İslam əxlaqını dünyaya hakim edəcək, dünyada Əsri-Səadət dövrü kimi gözəl bir dövrə vəsilə olacaq bu mübarək şəxsi həyəcanla gözləyir.

 

1. Peyğəmbərimizin (s.ə.v.) Mübarək İnsan Olan Hz. Mehdinin (ə) Fiziki Xüsusiyyətlərini İzah Etməyi Hz. Mehdinin (ə) Ruhani Bir Varlıq Olmayacağını Göstərir.

 

2. Peyğəmbərimiz (s.ə.v.) Hz. Mehdinin (ə) nəslini, doğumunu, hansı şəhərdə doğulacağını, sonra İstanbula gələcəyini ətraflı şəkildə izah etmişdir. Bunların hamısı insana aid xüsusiyyətlərdir.

 

3. Dəccala Qarşı Aparılacaq Böyük Elmi Mübarizənin Lideri olan Hz. Mehdi (ə) Ruhani Bir Varlıq Deyil

 

4.    Peyğəmbərimizin (s.ə.v.) Hz. Mehdi (ə) İlə Əlaqədar Xəbər verdiyi Hədislərin Hamısı Ruha Deyil, İnsana Məxsusdur