Şamda fitnələr.

Şamda fitnələr bir tərəfdən sakitləşdikcə, digər bir tərəfdən alovlanar. Göydən  bir mələk "Mehdi əmirinizdir. Mehdi Xəlifənizdir" demədikcə də fitnələr bitməz. (Risalət-ül Huruc-ül Mehdi, s. 63)



Hz. İsa ilə birlikdə yer üzündə  olan Mehdinin çıxışından əvvəl Şam bölgəsində böyük qarışıqlıqlar olacağı hədisdən aydın olur.
Bu hədisdə də Suriyada meydana gələn qarışıqlıqlara diqqət çəkilməsi mümkündür.

 

Ancaq bilindiyi kimi Şam bölgəsi yalnız Suriyanın paytaxtı olan Şam şəhəri ilə məhdud deyil. Daha əvvəl də danışıldığı kimi, Şam, Ərəbcədə  "sol" mənasını verir və qədimdən bəri Hicaz bölgəsinin (Məkkə və Mədinə şəhərlərinin olduğu bölgə) sol tərəfində qalan ölkələri ifadə edər.

 

Cumhuriyyet, 05 Aprel 2003, "Suriya terrorist dövlətdir."

 

Hürriyet, 12 Fevral 1982, "Hama şəhəri alovlar içində"

 

Keçdiyimiz əsrin əvvəlindən etibarən bu bölgədə tez-tez vətəndaş müharibələri, qiyamlar, qarşıdurmalar və böyük münaqişələr yaşanmışdır. Bu qarışıqlıqların biri digərinə təkan vermiş, bu torpaqlarda yaşayan demək olar ki, bütün insanlar bu olanlardan təsirlənmişdir. Hədisdə bildirilən "fitnələr bir tərəfdən sakitləşdikcə, digər bir tərəfdən alovlanar" ifadəsi də bu baxımdan diqqət çəkicidir. Təxminən əlli il içində, bu bölgədə yaşanan müəyyən böyük hadisələri belə sıralaya bilərik:

 

    * Süveyş müharibəsi    

 

* Altı Gün müharibələri

   

* Yom Kippur müharibəsi

   

* Livan Vətəndaş müharibəsi

    

* Fələstin torpaqlarında hələ də davam edən qarşıdurma və gərginliklər...