Şam və Misir məliklərinin öldürülməsi.

Ondan əvvəl Şam və Misir məlikləri (hökmdar, məmləkət sahibi) öldürüləcək. ..(El-Kavlu'l Müxtəsər Fi Əlamət-il Mehdiyy-il Muntazar, s. 49)

             

Bu hədisdə Mehdinin gəlişindən əvvəl Şam və Misir idarəçilərinin öldürüləcəklərinə diqqət çəkilir.

 

Misirin yaxın tarixi araşdırıldığında hədisdə də ifadə edildiyi kimi bir "məliyin" öldürüldüyü görülür: 1970-ci ildə Misirdə  hakimiyyətə gələn və 11 il iqtidarda qalan Ənvər Sədat.

 

Ənvər Sədat 1981-ci ildə bir rəsmi keçid əsnasında müxalifləri tərəfindən təşkil edilən sui-qəsd nəticəsində həyatını itirmişdir. Misir tarixində öldürülən idarəçilərdən digərləri də, 1910-cu ildə sui-qəsdə uğrayan Baş nazir Butros Gali, 1945-ci ildə öldürülən Misir Baş naziri Əhməd Maher Paşa və 1948-ci ildə yenə bir sui-qəsd nəticəsində öldürülən Misir Baş naziri Mahmoud Nukrashy Paşadır.

 

Şam sözü isə, yalnız Suriyadakı Şam şəhəri üçün istifadə edilmir. Şam, Ərəbcədə  "sol" mənasını verir və qədimdən Hicaz bölgəsinin (Məkkə və Mədinə şəhərlərinin olduğu bölgə) sol tərəfində qalan ölkələri ifadə edir.  Şam bölgəsi idarəçilərindən də sui-qəsdə uğrayan çox sayda adam olmuşdur. Bunlardan bir neçə nümunə belədir;

 

    * 1920-ci ildə öldürülən Suriyanın eks prezidenti Salah al-Deen Beetar,   

 

  * 1921-ci ildə öldürülən Suriya Baş naziri Droubi Paşa,

 

    * 1949-cu ildə sui-qəsdə məruz qalan Suriya Baş naziri Muhsin al-Barazi,

 

    * 1951-ci ildə öldürülən İordaniya Kralı Abdullah,

 

    * 1982-ci ildə bombalı sui-qəsdə uğrayan Livanda Falanjist Lideri Bəşir Cemayel