Saxta Məsihlərin ortaya çıxması Hz. İsa (ə.s)-in gəlişinin xəbərçisidir.

Allahın şərəfli elçisinin gəlişi üçün hazırlıq görmək istəyən iman sahiblərini məsuliyyətsizliyə sürükləmək istəyənlər ola bilər. Bu insanlar müxtəlif  bəhanələrlə  Hz. İsa (ə.s) üçün hazırlıq görməyi gərəksiz göstərməyə çalışa bilərlər. Bunun üçün istifadə edəcəkləri bəhanələrdən biri də saxta məsihlərin meydana çıxması olacaqdır. Ayrı-ayrı zamanlarda ağlı yerində olmayan və ya müxtəlif mənfəətlər güdən bəzi insanlar Hz. İsa (ə.s) olduqlarını iddia etmişlər. Bəzi dairələr isə bu cəhalət içindəki insanların etdiklərini öz mənfəətləri üçün istifadə etməyə çalışmış,  "Hz. İsa (ə.s) gələcək şəklindəki fikirlər, saxta məsihlərin ortaya çıxmasına səbəb olur" şəklində açıqlamalar vermişlər. Bu açıqlamalarla Hz. İsa (ə.s)-ın yer üzünə yenidən gəlişi üçün görüləcək hazırlıqları yavaşlatmaq və hətta dayandırmaq istəmişlər. Ancaq Allahın vəd ettiyi bu mübarək dövrün  gəlişini heç kim gecikdirə bilməyəcək. Çünki onlar çox önəmli bir həqiqətin fərqində deyillər: "Saxta məsihlərin ortaya çıxışı Hz. İsa (as)'ın gəlişinin bir əlamətidir, müjdəsidir". İncil'də bu haqda bir çox açıqlama vardır:

İsa  Zeytunluq  Dağında oturarkən, şagirdləri gəlib, bir kənarda ondan soruşdular:  "Söylə bizə, bu hadisələr nə zaman olacaq və sənin gəlişinin və dünyanın sonunun əlaməti nə olacaq?"  İsa onlara bu cavabı verdi: "Qətiyyən, sizi kimsə yanıltmasın. Çünki bir çoxları mənim adımla gəlib: Məsih mənəm, deyəcəklər və bir çox kimsəni yanıldacaqlar..." (Matta, 24: 3-5)

 


Əgər o vaxt sizə biri: "Budur, Məsih burada ya da orada desə, ona inanmayın. Çünki yalançı Məsihlər və yalançı peyğəmbərlər meydana çıxacaq və mümkün olarsa, seçilmiş olanları belə yanıldacaq möcüzələr və fövqəladə şeylər edəcəklər. Sizə öncədən söyləyim. (Matta, 24: 15-23)

Hz. İsa (ə.s)-ı həqiqi iman sahibləri əlamətlərindən dərhal tanıyacaqlar. Etdiyi hər hərəkət hikmətli və bənzərsiz olacaq, bu əlamətlərlə digər insanlardan fərqlənəcək və heç bir isbat lazım gəlmədən dərhal tanına biləcək. Saxta məsihlərin özlərini isbat etməyə çalışmaları isə onların saxtalıqlarının ən açıq dəlilidir.

Hz. İsa (əs)'ın dəlilləri etdikləri olacaq. O, dinsiz axımları, inkarın və əxlaqsızlığın insanlar arasında yayılması üçün səy göstərənlərin sistemlərini çox böyük bir məğlubiyyətə uğradacaq. Allah'ın vəhyi ilə hərəkət ettiyi üçün inkar edənlərin hiylələrini pozması, Allah'ın dinini insanlar arasında yayması, küfrün səylərini zərərsiz hala gətirməsi onun üçün çox asan olacaq. Möcüzələri ilə Allah'ın dininin haqq olduğunu və iman edənlərin mütləq üstün gələcəklərini isbat edəcəkdir. Rəbbimiz inananları Quran'da belə müjdələyir:


Onlar Allahın nurunu (islam dinini) öz ağızları (öz iftiraları və şər sözləri) ilə söndürmək istəyirlər. Allah isə - kafirlərin xoşuna gəlməsə də, öz nurunu (dinini) tamamlayacaqdır. Müşriklərin xoşuna gəlməsə də, (İslam) dinini bütün dinlərdən üstün etmək məqsədilə Öz Elçisini hidayət və haqq dinlə göndərən Odur. (Saff Surəsi, 8-9)