Möminlərə qarşı şəfqətli və mərhəmətli olacaq.

Peyğəmbərlərdə olan ən əhəmiyyətli xüsusiyyətlərdən biri də "mərhəmət və şəfqətdir”. Peyğəmbərlər hər zaman ətraflarındakı möminlərə qarşı çox şəfqətli və mərhəmətli olublar. Onların dünyada və axirətdə xoşbəxt olmaqları üçün çalışıblar. Hz. İsanın əxlaqının ən nəzərə çarpan xüsusiyyətlərindən biri də möminlərə qarşı olan bu şəfqəti və mərhəməti olacaq. Allah göndərdiyi elçilərdə olan bu xüsusiyyəti Quranda belə bildirmişdir:

 

(Ey ümmətim!) Sizə özünüzdən bir peyğəmbər gəldi ki, sizin əziyyətə (məşəqqətə) düşməyiniz ona ağır gəlir, o sizdən (sizin iman gətirməyinizdən) ötrü təşnədir, möminlərlə şəfqətli, mərhəmətlidir! (Tövbə surəsi, 128)

 

Bu ayədə də bildirildiyi kimi Hz. İsa ətrafındakı möminlərə  "şəfqətli və mərhəmətli" davranacaq və bu səmimiyyəti onun Hz. İsa olduğunun açıq-aşkar dəlillərindən biri olacaq.