Şəhərlərin yox olması.

Böyük şəhərlər dünən sanki yoxmuş kimi həlak olar. (Kitabul Burhan fi Alamətil Mehdiyy-il Axır Zaman, s. 38)

Xoş diyarlar xarab edilincə... qiyamətlə sənin aranda bu iki barmaq arası qədər bir məsafə qalmış deməkdir. (Qiyamət Əlamətləri, s. 143)

Hədislərdə ifadə edilən böyük şəhərlərin, xoş diyarların həlak olması və xarab edilməsi, döyüşlər və müxtəlif təbii fəlakətlər nəticəsində meydana gələn dağıtmaları ağla gətirməkdədir. Bunların yanında yaxın keçmişdə inkişaf etdirilən nüvə silahlar, təyyarələr, mərmilər və bənzəri silahların döyüşlərdə istifadə edilməsi də böyük qarışıqlığa səbəb olmuşdur. Bu təxrib gücü yüksək silahlar tarixdəki bənzərləriylə müqayisə edilməyəcək səviyyədə dağıtmalara gətirib çıxarmışdır. Əlbəttə hədəf mövqeyindəki “böyük şəhərlər” də bu dağıtmalardan birinci dərəcədə təsirlənən yerlər olmuşdur.