Səmadan bir əl.

O günün əlaməti: Səmadan (göy üzündən) bir əl uzanacaq və insanlar ona baxacaq və görəcəklər. (Əl Kavlul Müxtəsər Fi Alamatil Mehdiyyil Muntazar, s. 53)

 

O günün əlaməti səmada (göydə) uzadılmış və insanların özünə baxıb dayandığı bir əldir. (Kitabül Burhan Fi Alametil Mehdiyyil Axır Zaman, s. 69)

 

Yuxarıdakı hədislərdə ifadə edilən "əl" sözünün Ərəbcəsi "yəd"dir. Bu sözün leksik mənaları "əl"in yanında yəni "qüvvət, qüdrət, güc, vasitə"dir. Bu hədisdə də “əl” sözü bu mənalarda "qüvvət, qüdrət, güc, vasitə" istifadə edilmişdir.

İnsanların baxdıqları zaman görə biləcəkləri bir "qüvvət, qüdrət, güc, vasitə" keçmiş dövrlər üçün çox bir məna daşımırdı.Yalnız bu günün dünyasının imtina edilməz bir parçası olan televiziya kimi cihazlar hədislərdə təsvir edilən hadisəyə açıqlıq gətirir.Yəni, bu hədisdə keçən "əl" ifadəsi, güc mənasında istifadə edilmişdir.Və aydın olur ki, göydən dalğalar halında gələn görünüşlərə, yəni televiziya verilişlərinə işarə edilmişdir.

 

Mövzuyla əlaqədar digər hədislər də olduqca maraqlıdır:

 

Səmadan  bir səs onu adıyla çağıracaq və şərqdə, qərbdəolanlar  belə bu səsi eşidəcək. (Əl Kavlul Müxtəsər Fi Alamatil Mehdiyyil Muntazar, s. 54-55)

 

Bu səs bütün yer üzünə yayılacaq, hər qövm öz dilindəeşidəcək. (Kitabül Burhan Fi Alametil Mehdiyyil Axır Zaman, s. 51)

 

Səmadan bir səs ki, hər kəs bunu öz dilində eşidər. (Kitabül Burhan Fi Alametil Mehdiyyil Axır Zaman, s. 37)

 

Bu hədislər bütün yer üzündə eşidiləcək və hər cəmiyyətin öz dillərində eşidəcəkləri bir səsdən bəhs edilir; bu şəkildə radio, televiziya və bənzəri xəbərləşmə vasitələrinə işarə edildiyi açıqdır. Daha yüz il əvvəl xəyal edilə bilməyən bir inkişafı Peyğəmbərimiz (səv)-ın 1400 il əvvəl xəbər verməsi də bir möcüzədir.

Bədiüzzaman Səid Nursi də haqqında danışılan hədisləri şərh etmiş; bunların radio, telefon kimi xəbərləşmə vasitələrini möcüzəvi bir şəkildə xəbər verdiyini ifadə etmişdir.