Adama öz səsinin danışması.

Adama (öz) səsi danışmadıqca.qiyamət qopmaz.  (Ölüm, Qiyamət və Diriliş, s. 471)

 

Hədisdəki xəbər olduqca aydındır: Adamın öz səsini eşitməsi axır zamanın bir xüsusiyyəti olduğu ifadə edilir. Şübhəsiz insanın öz səsini eşidə bilməsi üçün əvvəlcə səsini qeydə alınması (yazdırması) və sonra da dinləməsi lazımdır.

Səs qeyd və reproduksiya texnologiyası da XX əsrin bir məhsuludur; bu inkişaf, elmi bir dönüş nöqtəsi olmuş, xəbərləşmə və media sektorlarının doğulmasına gətirib çıxarmışdır.Səs qeydi (səsin yazılması) xüsusilə kompüter və lazer texnologiyalarındakı son inkişaflarla mükəmməl bir vəziyyətə çatmışdır.

Qısaca olaraq, günümüzün elektronik alətləri olan mikrofonlar və dinamiklər səsin yazılması və dinlənilməsini təmin edir və bizlərə yuxarıdakı hədisin verdiyi xəbərin təcəlli etdiyini göstərir.