Allahdan başqa İlahların qəbul edilməsi. (Şirk)

Lat-Uzzaya yenidən Allahdan başqa İlah olaraq ibadet edilmədikcə qiyamət qopmaz. (Qiyamət Əlamətləri, s. 281)

Ümmətimdən bir çox qəbilələr müşriklərə razılığa gələcəklər, qiyamətdən əvvəl hamısı küfrə girəcəklər. (Qiyamət Əlamətləri, s. 287)

 

Ümmətimdən bir qisim insanlar bütlərə dönüb tapınana qədər qiyamət qopmaz. (Qiyamət Əlamətləri, s. 241)

 

Allahdan başqasını İlah qəbul etmək şübhəsizki çox böyük bir azqınlıq və günahdır. Bəzi insanlar, bütlərə tapınmaqdan bəhs edildiyi zaman, yalnız keçmişdə olduğu kimi taxtadan və ya daşdan yonulmuş heykəllərə tapınmaqdan bəhs edildiyini sanırlar. Halbuki bu bir yanılmadır. Şirk qoşan bir insan, yalnız insanın hazırladığı bütlərə tapınan insan demək deyil. Allahın, Quranda bildirdiyi kimi, şirk qoşmadan iman etmək "dini yalnız Allaha xas -yəni yalnız Allahın razılığını və rəhmətini ümid edərək- iman etmək" deməkdir. Axır zamanda isə, şirk qoşmadan səmimi olaraq iman edən insanların sayı azalacaq, nümayiş üçün ibadət edən, Allahın haqq dinindən uzaqlaşaraq özlərinə bəzi batil inanclar qəbuln insanların sayı artacaq.