Tövratda Hz. Mehdi (ə.s) dövründəki dünya hakimiyyətinə işarə edən sözlər.

Soyunu göydəki ulduzlar qədər çoxaldacağam. Bu ölkələrin hamısını onlara verəcəyəm. YER ÜZÜNDƏKİ BÜTÜN ÖLKƏLƏR SƏNİN SOYUN VASİTƏSİLƏ BƏRƏKƏTLƏNƏCƏK. (Yaradılış, 26:4)

 

 

Yer üzünün tozu qədər saysız-hesabsız soya malik olacaqsan. ŞƏRQƏ, QƏRBƏ, ŞİMALA, CƏNUBA DOĞRU YAYILACAQSINIZ. YER ÜZÜNDƏKİ BÜTÜN XALQLAR SƏN VƏ SOYUN VASİTƏSİLƏ BƏRƏKƏTLƏNƏCƏK. (Yaradılış, 28:14)

 

 

Səni (Hz. İbrahimi (ə.s.)) həddindən artıq mübarək edəcəyəm; sənin zürriyyətini göylərin ulduzları kimi, dəniz kənarında olan qum kimi həddindən artıq çoxaldacağam. SƏNİN ZÜRRİYYƏTİN DÜŞMƏNLƏRİNİN QAPISINA HAKİM OLACAQ VƏ ZÜRRİYYƏTİN VASİTƏSİLƏ YER ÜZÜNDƏKİ BÜTÜN MİLLƏTLƏR BƏRƏKƏTLƏNƏCƏKLƏR. Çünki sözümü dinlədin. (Yaradılış, 22:17-18)

 

 

O (HZ. MEHDİ (Ə.S.)) BÜTÜN DÜNYANI ALLAHA BİRLİKDƏ QULLUQ ETMƏLƏRİ ÜÇÜN İSLAH EDƏCƏK, çünki belə yazılmışdır: “O vaxt birlikdə Mənə yalvarmaları, çiyin-çiyinə Mənə xidmət etmələri üçün xalqların dodaqlarını pak edəcəyəm.” (Sefenya, 3:9) (Maimonides, Mişna Tora, Kralların Qanunları 11:4)

 

 

Ona (Hz. Mehdiyə (ə.s.)) hökmranlıq, ucalıq və krallıq verildi. BÜTÜN XALQLAR, ÖLKƏLƏR VƏ HƏR DİLDƏN OLAN İNSAN ONA XİDMƏT ETDİ... (Daniel, 7:14)

 

 

... SƏNİ (HZ. MEHDİNİ (Ə.S.)) ... ÖLKƏLƏRƏ İŞIQ EDƏCƏYƏM. Belə ki, kor gözləri açasan, zindandakı dustaqları, həbsxana qaranlığında yaşayanları azad edəsən. (Yeşaya, 42:6-7)

 

 

... XALQLARA BAYRAQ OLACAQ, ÖLKƏLƏR ONA (HZ. MEHDİYƏ (Ə.S.)) YÖNƏLƏCƏK... (Yeşaya, 11:10)

 

 

BÜTÜN MİLLƏTLƏR ONU (HZ. MEHDİNİ (Ə.S.)) DİNLƏMƏYƏ GƏLƏCƏK... (Maimonides, Mişna Tora, Tövbə 9:2)

 

 

... SAHİL XALQLARI ONUN (HZ. MEHDİNİN (Ə.S.)) QANUNUNA ÜMİD BAĞLAYACAQ. (Yeşaya, 42:4)

 

ÖLKƏLƏR SƏNİN İŞIĞINA, KRALLARIN ÜZƏRİNƏ DOĞAN AYDINLIĞA GƏLƏCƏK. “Başını qaldır, ətrafına bir bax, hamısı toplanaraq sənin yanına gəlir...” (Yeşaya, 60:3-4)

 

 

Sahibi (Şilo) (Hz. Mehdi (ə.s.)) gələnə qədər... (sonra) ÖLKƏLƏR ONUN SÖZÜNÜ DİNLƏYƏCƏK. (Yaradılış, 49:10)

 

 

... SAHİL XALQLARI ONUN (MEHDİNİN) QANUNUNA ÜMİD BAĞLAYACAQ. (Tövrat: Yeşaya, 42:4)

 

 

Onun (Hz. Mehdinin (ə.s.)) həddindən artıq düzgünlüyü və vəsilə olacağı möcüzələr (heyrətamiz gözəl hadisələr) səbəbilə İNSANLAR ONUNLA SÜLH BAĞLAYACAQ VƏ BÜTÜN ÖLKƏLƏR ONA XİDMƏT EDƏCƏK. (Maimonides, Mişna Tora, Sanhedrin 10:1)

 


Gələcəkdə Kral Məsih (Hz. Mehdi (ə.s.)) çıxacaq və DAVUD KRALLIĞINI KEÇMİŞDƏKİ HAKİMİYYƏTİNƏ YENİDƏN QOVUŞDURACAQ. (Maimonides, Mişna Tora, Kralların Qanunları 11:4)

 

(HZ. MEHDİ (Ə.S.)) HÖKMRANLIQ ETSİN DƏNİZDƏN DƏNİZƏ, FƏRATDAN YER ÜZÜNÜN UCQARLARINA QƏDƏR! (Məzmurlar, 72:8)

 

O (Hz. Mehdi (ə.s.)) BÜTÜN DÜNYANI Allaha qulluq etmələri üçün kamilləşdirəcək. (Maimonides, Mişna Tora, Kralların Qanunları 11:4)

 

O dövrdə (Hz. Mehdinin (ə.s.) dövründə) ... BÜTÜN DÜNYANIN YEGANƏ MƏŞĞULİYYƏTİ ALLAHI TANIMAQ OLACAQ... (Maimonides, Mişna Tora, Kralların Qanunları 12:5)

 

O dövrdə (Hz. Mehdinin (ə.s.) dövründə) ... insanlar ən yüksək səviyyədə Yaradanlarını dərk edəcəklər... Çünki belə yazılmışdır: “ÇÜNKİ SULAR DƏNİZİ NECƏ DOLDURURSA, DÜNYA DA RƏBBİN UCALIĞI HAQQINDA MƏLUMATI İLƏ DOLACAQ...” (Maimonides, Mişna Tora, Kralların Qanunları 12:5)

 

O vaxt Rəbbin Ucalığı görünəcək, BÜTÜN İNSANLAR BİRLİKDƏ ONU GÖRƏCƏK... (Yeşaya, 40:5)