Tozlu, dumanlı fitnə.

Tozlu, dumanlı, qaranlıq bir fitnə görünəcək; bunu digərləri təqib edəcək... (Kitabül-bürhan fi əlamətil-Mehdiyyil-axır zaman, səh. 26)

 

Bu hədisdə hz.Mehdinin çıxışından əvvəl tozlu, dumanlı və qaranlıq bir fitnənin görünəcəyindən bəhs edilir. Fitnə sözünün "insanın ağlını və qəlbini birbaşa haqq və həqiqətdən azdıran, müharibə, qarışıqlıq, ixtilaf, döyüş" kimi mənaları var. Hədisdə bu fitnənin arxasında toz və duman buraxacağı ifadə edilir. Bundan əlavə, bu fitnənin "qaranlıq" olaraq xarakterizə edilməsi haradan gəldiyi müəyyən olmayan, gözlənilməyən bir hadisə olduğuna işarə ola bilər.

Bu nöqteyi-nəzərdən baxıldığında həmin hədisin 11 sentyabr, 2001 tarixində ABŞ-ın Nyu-York və Vaşinqton şəhərlərində meydana gələn, dünya tarixinin ən böyük terror hadisəsi kimi xarakterizə edilən hücuma işarə etməsi mümkündür. Televiziya ekranlarından və qəzetlərdən də göründüyü kimi, bu iki böyük terror hadisəsindən sonra böyük toz buludu və duman ətrafı bürümüşdür.
Nyu-Yorkda Dünya Ticarət Mərkəzinə və Vaşinqtonda Pentaqon binasına çırpılan təyyarələrin yanacaqlarının səbəb olduğu partlayışlar nəticəsində böyük bir duman meydana gəlmiş və bu duman şəhərin hər yerindən və hətta ətraf şəhərlərdən görünə biləcək qədər yüksəlmiş və yayılmışdır. Partlayışlar nəticəsində çökən binalar isə daha böyük bir toz buludunun meydana gəlməsinə səbəb olmuş, hətta ətrafdakı insanlar tamamilə bu tozla örtülmüşdür.

Bu hadisə həm dünya tarixinin ən böyük terror hücumlarından biri olması, digər əlamətlərlə yaxın dövrlərdə baş verməsi, həm də hədisdə verilən tərifə bənzər xüsusiyyətləri ehtiva etməsinə görə çox əhəmiyyətlidir. Bu səbəbdən, minlərlə günahsız insanın ölümünə və yaralanmasına səbəb olan insanlıq tarixinin bu dəhşətli terror hadisələrindən biri hədisdə xəbər verilən və hz.Mehdinin zühurunun bir əlaməti olaraq bildirilən "tozlu dumanlı, qaranlıq fitnə" ola bilər.
(Ən doğrusunu Allah bilir)