Dəccala qarşı aparılacaq böyük elmi mübarizənin lideri olan Hz. Mehdi (ə) ruhani bir varlıq deyil.

Peyğəmbərimizin (s.ə.v.) hədislərində dəccal və fitnəsi də ətraflı şəkildə izah edilmişdir. Hz. Mehdi (ə) bu böyük fitnəyə qarşı amansız fikri mübarizə apararaq, dəccaliyyəti zərərsizləşdirəcək, İslam əxlaqının dünyaya hakim olmasına vəsilə olacaq. Belə böyük bir mübarizəni ruh şəklində, nə olduğu bilinməyən bir varlığın icra edə bilməyəcəyi aydındır.
Bədiüzzaman Həzrətləri də axır zamanda Darvinizm və materializmin güclənəcəyini, dəccaliyətin bu gücdən dəstək alaraq yayılacağını, ancaq Hz. İsa (ə) və Hz. Mehdinin (ə) elmi mübarizələriylə bu fitnələrin sona çatacağını demişdir. Hz. Mehdinin (ə) birinci vəzifəsinin də Darvinizm və materializmi elmi ilə zərərsizləşdirəcəyini söyləmişdir. Bədiüzzamanın da ifadə etdiyi kimi Hz. Mehdi (ə) bu vəzifəsini tam yerinə yetirəcək, Darvinizmi və materializmi elmi ilə ortadan qaldıraraq, insanların imanlarının xilas olmasına vəsilə olacaq:
Birincisi: Fən və fəlsəfənin təsəllütiylə (təsiriylə) və MADDİYUN VƏ TABİİYYUN TAUNU (Darvinizm və materializm xəstəliyi), BƏŞƏR İÇİNƏ İNTİÇAR ETMƏSİYLƏ (insanlar arasında yayılmasıyla), hər şeydən əvvəl fəlsəfəni və maddiyun fikrini (materializmi) TAM SUSDURMAQLA imanı qurtarmaqdır.
Ruh şəklidəki varlığın:
-    Darvinizmə və materializmə qarşı elmi mübarizə apara bilməyəcəyi;
-    Bu dinsiz ideologiyaları elmlə təsirsiz hala gətirmək üçün kitablar yaza bilməyəcəyi, sənədli filmlər hazırlaya bilməyəcəyi, konfranslar təşkil edə bilməyəcəyi;
-    Bu ideologiyaları tamamilə susduraraq imanı qurtaran bir iş görə bilməyəcəyi aydındır. Bu əhəmiyyətli və həyati işləri bəşər olaraq zühur edən Hz. Mehdi (ə) yerinə yetirəcək və Allahın izniylə İslam əxlaqını dünyaya hakim edəcək.