Hz. Mehdinin çıxışından ümidin kesilməsi.

İnsanların ümidsiz olduğu və “Heç Mehdi filan yoxmuş” dediyi bir vaxtda Allah Mehdini göndərər... (Kitabul Burhan fi Alamətil Mehdiyy-il Axır Zaman, s. 55)

 

Yuxarıdakı hədisdə axır zaman  əlamətlərindən birinin, insanların “Hz. Mehdinin gəlməyəcəyi istiqamətində” bir ümidsizliyə qapılmaları olduğu bildirilir. Necə ki indiki vaxtda da bu ruh halının nümunələri tez-tez görülməkdədir. Peyğəmbər Əfəndimiz (s.ə.s.)in, Hz. Mehdinin gəlişi, Hz. İsanın dünyaya yenidən dönüşüylə birlikdə yaşancaq olan gözəlliklərlə əlaqədar çox sayda hədisi olmasına baxmayaraq bir çox adam belə bir dövrün yaşanmayacağını zənn etməkdədir. Bu səhv zənn də axır zaman əlamətlərindən biridir. Həqiqi din əxlaqının hakimiyyəti, bu ümidsizlik halının insanlar arasında yayıldığı bir zamanda, Allahın insanlara olan rəhməti sayəsində reallaşacaq.