Xristian idarəçilər üçün sülh və sevgi elçisi olan Hz. İsanın əxlaqı nümunə olmalıdır.

Əhdi-Cədiddə bir neçə dəfə Hz. İsanın yer üzünə yenidən dönəcəyi xəbər verilir. İncilin “İbranilərə Məktub” hissəsində yazıldığına görə "Məsih ikinci dəfə... xilas gətirmək üçün onu gözləyənlərə zühur edəcək" (9:28) İncilin bir çox keçidində Hz. İsanın yenidən gələcəyi müjdələniyir.

 

 Müsəlmanlar Hz. İsanı çox sevən, onun bütün möcüzələrinə və yüksək əxlaqına inanan və onun yaxında dünyaya dönərək Hz. Mehdi ilə birlikdə din əxlaqını dünyaya hakim edəcəyinə ümid edən, bu böyük müjdəni şövqlə gözləyən insanlardır. Hz. İsanın gəlişi üçün həm Müsəlmanlar, həm də Xristian dünyası hazırlıq görməlidirlər.
Hz. İsa gəlmədən əvvəl hazırlığın necə ediləcəyini həm Quran ayələrindən, həm Peyğəmbərimizin (s.a.v.) hədislərindən, həm də Bədiüzzaman Səid Nursi kimi böyük İslam alimlərinin hikmətli şərhlərindən anlayırıq. Bu hazırlığın ən əhəmiyyətli mərhələsi isə din əxlaqına uyğun olmayan sistemlərlə aparılan ortaq fikri mübarizədir. Bütün iman sahibləri Darvinizm və materializm kimi insanları din əxlaqından uzaqlaşdıran ateist ideologiyalarla fikri mübarizədə birləşməli; bu cür cərəyanların yer üzündən silinməsi üçün birlikdə olmalıdırlar. Çünki Hz. İsa yenidən dünyaya gəldikdə bu ittifaqı meydana gətirən və tam mənada sevgi, sülh və dinclik mühiti hazırlayacaq.

 

Həm Xristian dünyasının, həm də Müsəlmanların Hz. İsanın gəlişi ilə əlaqədar hazırlıq görmələri, insanların bu qiymətli qonağı şövq və həyəcanla gözləmələri lazımdır. Bu mübarək peyğəmbərin gəlişi üçün hazırlıq edilməməsi, zəiflik göstərilməsi, bu böyük müjdəyə lazım olan əhəmiyyətin verilməməsi, Hz. İsa gəldiyində böyük bir xəcalətə səbəb ola bilər. Unutmamaq lazımdır ki, Hz. İsanın gəlişi dünyanın yalnız müəyyən ərazilərini əhatə edəcək bir hadisə deyil. Onun gəlişi bütün dünyanı bürüyən, möcüzəvi bir hadisədir. Bu müqəddəs peyğəmbərin gəlişi ilə dünya səviyyəsində ictimai və siyasi sahələrdə köklü dəyişikliklər olacaq, bütün dünya Hz. İsanın və axırzamanın digər müqəddəs şəxsi Hz. Mehdinin ətrafında toplanıb birləşəcək.

 

Hz. İsanın gəlişi Allah Qatında günü, saatı və yeri ilə müəyyəndir. Onun gəlişini dünyəvi heç bir hadisə və ya adam nə təxirə sala bilər, nə də tezləşdirə bilər. Bu gün bəzi insanlar böyük bir yanılma içərisində dünyadakı qarışıqlıq mühitinin, xüsusilə Orta Şərqin müharibə və qarışıqlıq içində olması ilə Hz. İsanın gəlişi arasında bir əlaqə qurmağa çalışır, hətta bu məqsədlə bəzi səylər edirlər. Halbuki Hz. İsanın gəlişinin təqdiri İlahidir və istər Müsəlmanlar, istərsə də Xristian dünyası Hz. İsanı sükunət içində və sevgi mühitində gözləməlidirlər.

 

Hz. İsanı sevənlər və izləyənlər onun etdiyi kimi, insanlara sevgi ilə yaxınlaşmalıdırlar. Allaha iman edən və Hz. İsanı da üstün bir peyğəmbər kimi çox sevən Müsəlmanlara qarşı Xristian dindarlar müharibə və qan tökmə meylində olmamalıdırlar. Əsl dindarların edəcəyi kimi sevgi, sülh və dostluq içində olmalıdırlar. Sülh və əməkdaşlıqla əldə edilən nəticələrin müharibə ilə insanları öldürərək əldə edilə bilməyəcəyinə dair dəhşətli təcrübələrə dünya tarixi dəfələrlə şahid olmuşdur. Bu səbəblə XXI əsrin dünyası müharibə səbəbi ilə milyonlarla insanın ölümündən kifayət qədər dərs almış mədəni insanların qurduğu bir dünya olmalıdır. Yaşadığımız dövrdə dünyadakı bütün ölkələrin idarəçiləri, siyasətçiləri problemləri "mədəni və insani yollar"la həll etməyə çalışan insanlardır. 

 

Hz. İsa gələndə ona inanan bütün Xristianlar və Müsəlmanlar ortaq bir inancda birləşəcəyinə görə, Xristianlar və Müsəlmanlar arasındakı ön mühakimə və etibarsızlıqların aradan qalxması üçün indidən çalışmaq zəruridir.