Müsəlmanlarla yəhudilər arasında münaqişə.

Müsəlmanlarla Yəhudilər hərb etmədikcə qiyamət qopmaz...  (Müslim, Tirmizi)

                       

 

Peyğəmbərimiz (səv)ın yuxarıdakı hədisində xəbər verdiyi kimi 20-ci əsrin əvvələrindən etibarən Müsəlmanlarla Yəhudilər arasındakı münaqişə və qarşıdurmalar davam etməkdədir.

 

Birinci Dünya müharibəsi ilə birlikdə Osmanlı hakimiyyətindən çıxan Fələstin torpaqları, bu dövrdən sonra bir daha sülh və dincliyə qovuşa bilmədi. 1947-ci ildə İngiltərənin Fələstindən çəkilərək ölkənin gələcəyini Birləşmiş Millətlərə həvalə etməsinin ardından, ölkənin Ərəblərlə Yəhudilər arasında yarı yarıya paylaşmasını nəzərdə tutan BM planı tətbiq olundu. 19 əsr keçdikdən sonra dünya üzərində ilk dəfə bir "Yəhudi dövləti" qurulmuşdu.

 

Həm Fələstindəki, həm də qonşu ölkələrdəki Ərəblər bu vəziyyəti dəyişdirə bilmək üçün hərəkətə keçdilər və 1948-ci il iki tərəf arasında qanlı bir müharibə yaşandı. İsraillilər, "Müstəqillik müharibəsi" adlandırdıqları mübarizəni qazandılar və Ərəblərə verilən torpaqların da bir qismini işğal edərək BM-in özlərinə verdiyindən daha da böyük torpağı ələ keçirdilər. Fələstin; Şeriya (İordan) Çayının Qərb qismi -sonra "Qərbi Şeriya" olaraq adlandı- və Aralıq dənizi sahilindəki Qəzza şəhərinin ətrafındakı kiçik hissə -sonra "Qəzza keçidi" olaraq adlandı- xaric, tamamilə İsrailin hakimiyyəti altına girdi.